İrəvanda Serj Sərkisyanın baş nazir olmasına qarşı etiraz aksiyalarının 9-cü günü başlayıb.

Etirazçıların bu gün də İrəvandakı küçələrə bağlamağa cəhd edəcəkləri bildirilib. Aksiyaların lideri Nikol Paşinyan mitinqə İrəvanın 7-ci mikrorayonundan başlayıb.

Etirazçılar aprel ayının 17-də seçilmiş baş nazir Serj Sarkisyanın istefasını tələb edirlər. Hərəkatının təşkilatçısı deputat Nikol Paşinyan aprelin 24-də ölkədə hakimiyyət dəyişikliyinin baş verəcəyini istisna etməyib.

“Qabaqcadan heç nə deyə bilmərəm, xalq bunu istəsə, yəqin ki, belə də olacaq”,- deyə Paşinyan bildirib.