Ermənistanda sabiq prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz  edən müxalifətçilər, liderlərinin saxlanılmasına baxmayaraq, yürüş və mitinqləri  bu gün də davam etdirirlər

“Vətəndaş sazişi” partiyasının nümayəndəsi Ruben Rubenyan bildirib ki, “Aksiyalar son 10 gündə ilk dəfə olaraq liderlərsiz keçirilir, 08.15-də start  verən aksiyar dinc xarakterli olacaq.”

Qeyd edək ki,  S. Sarkisyan və müxalifət lideri Nikol Paşinyan arasında görüş keçirilib. Cəmi 3 dəqiqə davam edən görüşdə N. Paşinyan S. Sərkisyanın istefa verməsini tələb edib. S. Sərkisyan isə bu tələbi qəbuledilməz adlandırıb və görüşü tərk edib. Hazırda, müxalifətin lideri Nikol Paşinyan polis tərəfindən saxlanılıb.