KasenDağlıq Qarabağdakı qızıl mədənlərinə investisiya qoyan xarici şirkətlər “özü partladan pilotsuz uçan aparat” təhlükəsindən narahatlığını bildirib

Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf rayonlarında aprel ayının əvvəlindən başlayaraq yaranmış vəziyyət və ermənilərin ciddi tələfat verməsi Azərbaycanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq bu əraziyə investisiya qoyan xarici şirkətlərin ciddi narahatlığına səbəb olub.

Ermənistan KİV-də yayılan xəbərlərə görə, 4 aprel tarixində Azərbaycan silahlı qüvvələrinin Ermənistanın Sünik şəhərindən Ağdərə rayonuna gedən veteran döyüşçüləri daşıyan avtobusun müasir radar sistemindən yayına bilən “özü partladan pilotsuz uçan aparat” vasitəsi ilə məhv etməsi bu ərazidəki strateji obyektlərin, həmçinin qızıl mədənlərinin təhlükəsizliyini gündəmə gətirib. Belə ki, bu hadisədən dərhal sonra Ağdərədə tikilən Drombon qızıl-mis və Kaşen mis-molibden mədənlərinə  investisiya qoyan, orada qeyri qanuni fəaliyyət göstərən “Vallex group” və onun tərkib hissəsi olan “Base metals” şirkətlər qrupu qondarma Dağlıq Qarabağ hökumətinə narahatlıqlarını bildiriblər. Şirkət müasir radar sistemindən yayına bilən bu silahdan mədənlərə qarşı istifadə olunarsa təhlükəsizlikləri ilə bağlı hansı tədbirlərin görüldüyünü bilmək istəyiblər. Həmçinin, şirkətdə çalışan xarici vətəndaşların təhlükəsizliyinin təmin olunmadığı halda bölgəni tərk edəcəkləri bildirilib.

Qeyd edək ki, Drombon mədəni Ağdarə rayonunun Heyvalı (Drombon) kəndində yerləşir. Kaşen zavodu isə Ağdarə rayonunun Çiçəkli (Tsağkaşen) kəndində yerləşir. Hər iki mədən böyük qızıl, mis-molibden ehtiyatlarına malikdir və böyük həcmdə gəlir gətirən sahə hesab olunur.

Drombon-2

Kasen-1