Ermənistanda hakim Respublika partiyasının baş nazir postuna namizəd irəli sürməyəcəyinə dair bəyanat verməsinə baxmayaraq, müxalifətçi deputat Nikol Paşinyanın tərəfdarları aksiyaları davam etdirəcəklər.

Bu barədə Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının mətbuat katibi Tiqran Avinyan bildirib.

“Biz planlarımızı dəyişməyəcəyik, etiraz aksiyalarını davam etdirəcəyik. Şarmazanovun bəyanatı kifayət etmir. Respublika partiyası Nikol Paşinyana açıq-aydın dəstək nümayiş etdirməlidir”, – deyə o qeyd edib.

Qeyd edək ki, Ermənistanda sabiq prezident və sabiq baş nazir Serj Sərkisyanın lideri olduğu hakim Respublika Partiyası baş nazir postuna namizəd irəli sürməyəcək.

Bunu bu gün parlamentin vitse-prezidenti, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.