Xankəndində Ermənistandan gələn ermənilərlə Qarabağda məskunlaşdırılan ermənilər arasında kütləvi dava olub.

Dava “təhlükəsizlik orqanları”nın əməkdaşları ilə şəhər əhalisi arasında düşüb.

Qarşıdurma zamanı 15 nəfər saxlanılıb. Hadisəni törədənləri polis idarəsinə aparıblar.

Araşdırma zamanı bəlli olub ki, davaya yerli erməni ilə “təhlükəsizlik xidməti”nin arasında olan mübahisə səbəb olub. Davanın məişət zəminində baş verdiyi bildirilir.