İyunun 6-da, Azərbaycanın işğal edilmiş ərazisində yaradılan qondarma respublikanın baş naziri  Arayik Harutyunyan istefa ərizəsini qondarma respublikanın rəhbəri Baxo Sahakyana təqdim edib.

Rst.az xəbər verir ki, bu barədə qondarma respublikanın İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb.

A.  Harutyunyan bu gün saat 15.00-da mətbuat konfransında ərizə formasını təqdim edəcək.