Ermənistanın baş nazirin müavininin məsləhətçisinin qəribə tərcümeyi-halı

Ermənistanın baş nazirin müavini Tiqran Avinyanin fərmanıyla sabiq baş nazir Ovik Abramyanın əsas köməkçi işləmiş, Odessada Ermənistanın keçmiş konsulu Qeorqi Muradyan baş nazirin müavinin məsləhətçisi vəsifəsinə təyin olunub.

Paşinyan hökumətinin yeni nümayəndəsi Qeorqi Muradyanın adı erməni mətbuatında hələ bir neçə il əvvəl hallanmağa başlamışdır. Belə ki, Q. Muradyan erməni telekanallarından birində çıxan həftəlik polis verlişi – “02” proqramının qəhrəmanlarından biridir. “Qraparak” qəzetinin yazdığına görə, Qeorqi Muradyan 2006-cı ildə böyük ölçüdə kokainin qaçaqmalçılığı üstündə həbs edilmişdi. Nəşr qeyd edir ki, böyük diametrli şamdanlarda gizlədilən 300 qr kokain Amerikada birləşmiş ştatların xüsusi xidmət orqanları tərəfindən aşkar edilərək götürülmüş, araşdırma zamanı bağlamaların Q. Muradyan tərəfində göndərildiyi təstiq olunmuşdur. Nəticədə, Q. Muradyan Ermənistanda tutularaq həbs edilmişdir.

Lakin bir müddət sonra, Muradyan azadlığa çıxır. Atası Ermənistanın Xarici İşlər Nazirliyinin ən köhnə və hörmətli diplomatlarından biri olan Eduard Muradyan öz  əlaqələrindən istifadə edərək onu həbsdən çıxarmağı bacarır. Həbs edilənə qədər Xarici İşlər Nazirliyində hansısa bir əhəmiyyətsiz vəzifədə işləyən Muradyan, bundan sonra atasının xahişi ilə sonralar ölkənin baş naziri olmuş, Ermənistan parlamentinin spikeri Ovik Abramyanın yanında işə düzəlir. Beləliklə, Abramyanın himayəsi ilə Q. Muradyan onun əsas köməkçisi vəzifəsinə qədər gəlib çatır.

2012-ci ildə Serj Sarkisyanın fərmanı ilə Qeorqi Muradyan Odessada Ermənistanın baş konsulu vəzifəsinə təyin olunur.

Daha bir maraqlı fakt ondan ibarətdir ki, Q. Muradyanın baş naziri müavininin məsləhətçisi olması barədə rəsmi xəbər 6 iyun 2018-ci il tarixində bəyan edilsə də, onun Facebook səhifəsində 17 gün əvvəl, yəni may ayının 20-də hökümətdə işə başladığı barədə qeydlər edilmişdir.