Ermənistanda hakimiyyət qarşıdurması – Xüsusi xidmətin rəhbərini neytrallaşdırmaq istəyirlər
Ermənistanda hakimiyyətdaxili qruplar arasındakı qarşıdurma daha da güclənib. İş o yerə çatıb ki, hətta bəzi qüvvələr Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanı da zərərsizləşdirməyə çalışırlar.
Bu haqda elə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanın özü bildirib:
“Məni neytrallaşdırmaq üçün cəhdlər edilir”-deyə jurnalistlərlə söhbətində o, bəyan edib.
Artur Vanesyan iyunun 18-də bildirib ki, bəzi qruplar onun əleyhinə hərəkətə keçiblər: “Amma onlarda heç nə alınmayacaq. Eyni vəziyyət baş nazirlə bağlı da yaşanır”.
Bir cavab yazın