2Ermənistan hakimiyyəti Rusiyaya olan əsl münasibətini bildirdi

Aprel ayının 21-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana gəlişi İrəvanda etirazla qarşılanıb. Nümayişçilər Rusiyanın Ermənistandakı səfirliyi qarşısında Rusiyanın rəsmi nümayəndəsinə rəmzi “hədiyyə” – içərisində köhnə ayaqqabı və “Molotov kokteyli” olan karton qutu təqdim ediblər. Aksiya iştirakçılarının fikrincə köhnə ayaqqabı “Ermənistanın boğazını tapdalayan rus əsgərinin çəkməsini” təmsil edir.

Nümayişdən bir neçə gün əvvəl bütün şəhərdə üzərində “öz düşməninizi tanıyın” yazılmış Rusiyanın prezidenti Vladimir Putinin şəkilləri asılmışdır.

Rusiyanın Ermənistandan əl çəkməsini tələb edən nümayiş iştirakçıları əllərində “Sikdir Lavrov” (Rədd ol Lavrov), “Lavrov Leqran olma”, “Dost qəfildən dost olmur…bəs nə olur?, “Öz düşmənlərinizi tanıyın”, “Yalançı müttəfiq düşməndən də qurxuludur”, “ASALA”, “Qarabağdan əlinizi çəkin” transparantları ilə Ermənistan Xarici İşlər Nazirliyinin və Rusiya səfirliyinin qarşısına yürüş ediblər.

“Qarabağdan əlini çək” təşəbbüs qrupu bununla, Ermənistan və Rusiya xarici işlər nazirləri arasında gözlənilən birgə görüşə etirazını bildirmiş, ölkənin bütün uğursuzluqlarında Rusiyanın təqsirkar olduğunu vurğulamışlar.

Sosial şəbəkələrdə yayımlanan “Növbəti erməni facebook təşəbbüsü”ndə bildirilir ki, Sergey Lavrovun İrəvana səfəri gedişində “Ermənistan rəhbərliyi ilə Qarabağ münaqişəsinin nizama salınması üzrə Kremlin planları müzakirə olunan” zaman onlar tərəfindən nümayiş təşkil olunacaq, “DQR”-nın müstəqilliyinin tanınması və Rusiya silahlarının Azərbaycana satılmaması üçün tələblər irəli sürüləcək, həmçinin Qarabağ məsələsində Ermənistanı pis vəziyyətdə qoyduğu üçün Rusiyaya qarşı erməni ictimaiyyətinin mənfi münasib bəslədiyi vurğulanacaqdır.

Qeyd edək ki, erməni ictimaiyyətinin Ermənistan hakimiyyətinin “əsarətində” olması faktı nəzərə alınarsa, demək olar ki, Rusiya və onun nümayəndələri əleyhinə yuxarıda qeyd olunan nümayişlər Ermənistan rəhbərliyinin nəzarəti altında və hərtərəfli yardımı ilə təşkil olunmuşdur.

7-1

8-1

15

16