Paşinyan qərb yönümlü kadrların vəzifəyə təyinatlarından qohum-tanışların vəzifəyə təyinatlarına keçdi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanesyanın anası Marqarita Azaryanın Paşinyan aparatında Kadrlar və Personalın İdarə Edilməsi Departamentinin rəhbəri vəsifəsinə təyin edilməsi Paşinyanın komandasının da keçmiş sələfləri kimi qohumlardan ibarət komanda olacağına işarədir.

Paşinyan bundan başqa Razdan meri vəzifəsinə Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Sasun Mikayelyanın oğlu Sevak Mikayelyanı təyin edib.

O, həmçinin  öz partiyasından olan deputat Lena Nazaryanın həyat yoldaşını Dövlət Əmlakının İdarəsi Komitəsinə rəhbər gətirib.