Ermənistan öz ictimaiyyətini Azərbaycan arsenalının qarşını oyuncaq qurğularla alacağına inandırmağa çalışır

Ermənistanın sosial şəbəkələrində Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdəki postlarında müşahidə kameraları yerləşdirmələri barədə şəkillər və təbliğat xarekterli paylaşımlar edilir. Paylaşımlarda şəkildə qeyd olunan  müşahidə kameralarının göstəricilərini müzakirə edən sosial şəbəkə istifadəçiləri internet üzərindən hər kəsin əldə edə biləcəyi kameralarla (http://dahua.az/catalog/ptz12240_irb_n.html) “güclü təhlükəsizlik sistemi” qurduqlarına özlərini inandırmağa çalışırlar.

Ermənilərin yalanını üzə çıxarmaq məqsədi ilə internet şəbəkəsində araşdırmalar apararaq müəyyən edilmişdir ki, erməni postlarında quraşdırılan  Çinin “Dahua” şirkətinə məxsus,  qiyməti təxminən 7000 manat olan DH-PTZ12240-IRB-N kameraları parklarda, bağlarda, binalarda və digər sosial iaşə obyektlərində videomüşahidə aparmaq üçün nəzərdə tutulmuşdur. Mərkəzi ofisi Çində yerləşən “Dahua” texnalogiyalar şirkətinin dünyanın müxtəlif ölkələrində satış mərkəzləri vardır və istənilən internet istifadəçisi özü üçün bu kameralardan sifariş edə bilər.

Araşdırma zamanı bəlli olmuşdur ki, Azərbaycan ordusunun yaranmasının 100 illiyi ilə bağlı təşkil olunmuş paradda silahlanmaya daxil edilmiş ən son texnologiyalarla hazırlanmış xüsusi texnikalar nümayiş edildikdən sonra, Ermənistan ordusu ilə bağlı xəbərlər və məlumatlar yayan sosial şəbəkə ünvanları internetdən sifariş edilərək əldə edilə bilən, hərbi təyinatı olmayan, texniki göstəriciləri zəif olan cihazları izləyicilərinə təqdim edərək onları sakitləşdirməyə çalışırlar.

Belə ki, şəkillərdə nümayiş olunan erməni postlarında quraşdırılan və ermənilərin “kosmik müşahidə qurğusu” hesab etdikləri bu kameraların əsas texniki göstəriciləri ondan ibarətdir ki, bu kameralar yalnız 300m məsafəni müsahidə etmək qabiliyyətinə malikdir.  Digər şəkildəki DH-PTZ12230-IRB-N kamerasının isə istehsaldan çıxarıldığı üçün satışı dayandırılmışdır.

Nəzərə alsaq ki, dirəklərlə hündürlüyə qaldırılmış bu kamera və onları enerji ilə təmin edən günəş batareyalarını Azərbaycan ordusunun silahlanmasında olan ən adi silahla məhv etmək mümkündür, deməyə əsas var ki, ermənilərin “qala divarları” hesab edərək, Azərbaycan arsenalının qarşısına çıxardığı  bu kameraların ömrü uzun olmayacaq.