ObamaABŞ prezidenti ermənilərin anım günü münasibəti ilə bəyanat açıqlayıb. Barak Obama 1915-ci ildə ermənilərin kütləvi şəklində qətlini 20 əsrin qəddarlığı kimi qiymətləndirsə də, soyqırım kəlməsini işlətməyib.

Prezident Ermənistana Suriya qaçqınlarına qapılarını açdığına görə təşəkkürünü bildirib.

Ermənistan 17 min qaçqına sığınacaq verib.

Türkiyə ermənilərin kütləvi şəkildə öldürüldüyünü qəbul etsə də, hadisəni genosid hesab etmir.

Amerikanın ermənilərin maraqlarını güdən qrupları Obamanın daha kəskin mövqedən çıxış etməli olduğunu bildirib.

amerikaninsesi.org