1Müdafiə nazirinin vəzifədən azad olunan müavininin məktubu parlamentdə müzakirə olunub

Ermənistan mətbuatında Müdafiə nazirinin vəzifədən azad olunan müavininin ordudakı texnika çatışmazlığı və mövcud problemlərdən bəhs edən məktubu, bunun fonunda Müdafiə Nazirliyinin qiyməti 71 min avro olan onlarla “Mercedes Benz CLS 500” və başqa lüks avtomobillər alması barədə xəbərlər yayılıb. Hadisə erməni ictimaiyyəti arasında ciddi narahatlıqla və qəzəblə qarşılanıb. Belə ki, cəbhədə vəziyyətin gərgin olduğu vaxtda və orduda texnika, silah, ərzaq çatışmazlığı olarkən Müdafiə Nazirliyinin generallar üçün belə bahalı maşınlar alması erməni ictimaiyyətində onlara qarşı ikrah hissi yaradıb.

Hadisədən sonra Ermənistanın keçmiş baş nazir Qrant Baqratyanın təklifi ilə deputatlar silahlı qüvvələrin baş qərargah rəisi Yuri Xaçaturyanı parlamentə çağırıb. Ondan neçə illərdir orduya ayrılan pullarla texnikaların yenilənmədiyi, 80-ci illərin texnikalarının hələ də istifadə olunduğu, pulların bahalı xarici maşınlara hansı əsasla xərcləndiyi barədə məruzə etməsi tələb olunub.

Həmçinin, parlamentdə aprel ayının 11-də müdafiə nazirinin vəzifədən azad olunan müavini Alik Mirzəbekyanın orduda texnikanın bərbad vəziyyətdə olması barədə nazirliyə məruzəsi, məruzənin ətraflı araşdırılmadığı, nəticəsinin Dağlıq Qarabağda uğursuzluğa və döyüş itkilərinə səbəb olması müzakirə olunub.

1

2

3

4