Арутюн Амирханян-1Alay komandiri polkovnik Amirxanyan, arxa xidmət rəisi və bir neçə hərbiçinin vurulduğu bildirilir

Ermənistan Silahlı Qüvvələri aprelin 27-28 və 29-da Azərbaycanın işğal olunmuş ərazilərindən Ağdam və Tərtər rayonlarının ərazilərini iri çaplı silahlardan və ağır artilleriya qurğularından atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının məhv edilməsi ilə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozurlar. Bununla Ermənistanın siyası və hərbi rəhbərliyi aprel ayının əvvəlindəki döyüş məğlubiyyətində sarsılmış nüfuzunu bərpa etməyi, erməni xarici diasporunun maddi və siyası dəstəyini qazanmaqla hakimiyyətlərini qorumağa çalışırlar.

Ermənistan kriminal rejimindən fərqli olaraq Azərbaycan ordusu peşəkarlıq nümayiş etdirərək düşmənin hərbi obyektinə dəqiq zərbə endirməklə toplanma nöqtəsini məhv edib. Bu barədə xəbər, sosial şəbəkələrin erməni istifadəçiləri tərəfindən yayılıb. Belə ki, sosial şəbəkələrdə aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, Azərbaycan tərəfinin açdığı cavab atəşi nəticəsində 6-cı piyada alayının komandiri­­ polkovnik Harutyun Amirxanyan, arxa xidmət rəisi və bir neçə yüksək rütbəli hərbiçi ağır yaralanıb. Lakin, hər zaman olduğu kimi bu dəfə də Ermənistan hakimiyyəti hadisəni erməni ictimaiyyətindən gizlədir .

Qeyd edək ki, aprel ayının əvvəlindən başlayaraq artan döyüş əməliyyatlarında Ermənistanın bir neçə yüksək rütbəli hərbiçisi məhv edilmiş və ağır yaralanmışdır.