Andranik Harutyunyan-1Ermənistan tərəfinin atəşkəsi ciddi pozmasındən sonra, Azərbaycan ordusunun düşmənə cavab zərbəsi nəticəsində “Dağlıq Qarabağ ordusu”na könüllü qoşulmuş Vanadzorun keçmiş meri Andranik Harutyunyan ağır yaralanıb.

Rst.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Dağlıq Qarabağın “Yeğnikner” adlı hərbi hissəsində, ön mövqelərin birində könüllü olaraq döyüşə qatılmış Vanadzorun keçmiş meri Andranik Harutyunyan ağır yaralanıb. O, ilk öncə Ağdərə xəstəxanasına aparılsa da, sonra Xankəndi hərbi hospitalına gətirilib. Həkimlərin bildirdiyinə görə, partlayış nəticəsində Harutyunyan bir ayağını itirib. Hazırda vəziyyəti ağırdır.

Qeyd edək ki, Andranikin oğlunun da yüksək rütbəli hərbiçi olduğu və sərhədyanı hərbi hissələrin birində xidmət etdiyi bildirilir.

RST.AZ