Seyran OhanyanSeyran Ohanyandan Praqada tikdirdiyi otel haqqında soruşulub

May ayının 4-də Ermənistan parlamentində müdafiə naziri Seyran Ohanyanın da dəvət olunduğu qapalı iclas keçirilib. Keçirən qapalı iclasın detalları ila bağlı Ermənistan mətbuatında maraqlı məlumatlar yer alıb. Belə ki, müdafiə naziri Seyran Ohanyana son zamanlar cəbhədə baş verən hadisələr və mətbuatda Ermənistan ordusunun vəziyyəti ilə bağlı yayılmış mənfi rəy barədə sullar verilib. Həmçinin orduda yeyinti hallarına diqqət çəklilərək, ordu rəhbərlərinin əldə etdiyi sərvətin haradan qaynaqlandığına aydınlıq gətirilməsi istənilib.

Çiçəklənən Ermənistan partiyasının lideri Naira Zöhrabyan Çexiya Respublikasının paytaxtı Praqadakı Seyran Ohanyanın ailəsinə mənsub möhtəşəm otelin tikintisi barədə S. Ohanyana sullar ünvanlayıb. O, bildirib ki, bu məlumatı ona Praqada yaşayan erməni icmasının nümayəndələri çatdırıb. Verilən sullardan yayınmağa çalışan Ohanyan mövzunu başqa istiqamətə yönəltməyə çalışaraq sulları çavablandırmayıb.

Parlament deputatlarından biri S. Ohnayana rişxəndlə müraciət edərək, ondan, erməni millətinin kökünün kəsilməməsi üçün orduya çağırılan gənc əsgərlərdən mayalanma üçün nümunələr götürülməsini xahiş edib.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri və ailəsi həddindən artıq dəb-dəbəli həyat sürdüyünə görə Ermənistan mətbuatının gündəmindədir. Belə ki, xarici ölkələrdə bahalı villalar, biznes mərkəzləri, kazinolar, brend mağazaların hansı maliyyə ilə əldə olunduğu erməni ictimaiyyətinə aydın olan məsələdir.