Бако Саакян Левон МнацаканянQarabağda narkotik qaçaqmalçılarının rəhbəri olan “prezident”Bako Saakyan və “müdafiə naziri” Levon Mnaçakanyan əleyhinə mitinq keçirilib

Ermənistan mətbuatı və sosial şəbəkənin erməni istifadəçilərinin bildirdiyinə görə, qondarma Dağlıq Qarabağın “rəhbəri” Bako Saakyan və “müdafiə naziri” Levon Mnaçakanyan əleyhinə Xocavənd rayonunun Hadrut qəsəbəsində böyük mitinq keçirilib. Mitinqə səbəb, içərisində narkotik yükünün daşındığı yük avtomobilinin qəza törətməsi və narkotik maddəsinin yerli əhali tərəfindən ifşa olunması olub. Belə ki, yük maşının sürücüsü narkotikin Qarabağ rəhbəri və müdafiə nazirinə aid olduğunu bildirib. Bundan sonra əhali yığışaraq B. Saakyan  və L. Mnaçakanyan əleyhinə sərt ifadələr işlədiblər. Onları xalqa xəyanət edib cəbhədə ağır vəziyyət davam edərkən narkotik biznesi ilə məşğul olduqlarına görə millət qarşısında cavab vermələrini istəyiblər. Mitinq iştirakçıları B. Saakyan və L. Mnaçakanyanı satqın adlandırıblar.

Qeyd edək ki, Ermənistan rəhbərliyi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindən narkotik vasitələrin əkilib – becərilməsi, həmçinin daşınması üçün istifadə edir.