18261827-ci ildə Rusiya iki böyük müsəlman imperiyasının — Osmanlı imperiyasının və İranın işğalı ilə ciddi məşğul olmağa başladı. İki qısa müharibədə Rusiya əvvəlcə İran, sonra isə türklər üzərində qələbə çaldı. Rusların qəniməti Cənubi Qafqaz torpaqları oldu. Bundan sonra Rusiyaya ələ keçirdiyi ərazilərdə əhalinin yeni tərkibini formalaşdırmaq yolu ilə sakitliyi təmin etmək lazım idi.

Çarizmin işğal etdiyi yeni ərazilərə ruslar və digər slavyanlar köçürülürdü ki, bu da tez-tez yerli türkdilli əhalinin qovulması itə mü­ şayiət olunurdu. Rus ərazilərinin uzaqlığı və Cənubi Qafqaza köçməyə qadir olan və bunu istəyən slavyanların kifayət qədər olmaması üzündən ruslar erməniləri həmin ərazilərə köçməyə təhrik edirdilər. Qovulmuş türklərin və digər müsəlmanların torpaqlarını ermənilər böyük həvəslə tuturdular. 38 İrəvan quberniyasında əhalinin tərkibinin dəyişməsi buna əyani misaldır.

1827-ci ildə İran imperiyasının əyaləti olmuş İrəvan quberniyası indiki Ermənistan SSR-dır. Bunun nəzərə alınması böyük əhəmiyyə malikdir. Bu əyalətin əhalisinin əksəriyyətini müsəlmanlar, əsasən türklər təşkil edirdi. İşğal zamanı ruslar İrəvan xanlığmm müsəlman əhalisinin təxminən 30 faizini məhv etdilər, yaxud öz torpaqlarından qovdular. Onları İrandan və Osmanlı imperiyasından olan ermənilərlə əvəz etdilər. Bununla belə, ancaq XIX əsrin ikinci yarısında (sonrakı qovulmalar və köçürmə­ lər nəticəsində) indiki Ermənistan ərazisində əhalinin tərkibinə görə ermənilər üclünlük təşkil etdilər. 1827-1829-cu illər müharibələrinin nəticələri hələ sonralar baş verəcək hadisələrin prototipi oldu. Çoxlu müsəlmanlar, əsasən də türklər öz torpaqlarından ruslar tərəfindən qovuldu. Digərləri rus təbəəsi olmaq istəmədikləri üçün öz doğma vətənlərini tərk etdi.

Osmanlı imperiyasında rusların Ərzuruma çatdıqları rus-türk müharibəsi dövründə bütün işğal olunmuş əraziləri onlarm əldə saxlaya biləcə­ yinə ümid edən ermənilərin bəziləri rus qoşunlarına kömək edirdi. Avropa dövlətləri Rusiyanı işğal etdiyi torpaqları qaytarmağa məcbur etdikdə isə ermənilərin çoxu rus qo­ şunları ilə getdi. Sözsüz ki, onlarm bəziləri öz həyatı üçün təşviş keçirir, digərləri isə sultan hakimiyyəti ilə müqayisədə çar hakimiyyətinə üstünlük verirdi. İrəvanı tərk edən mü­ səlmanlar kimi, onlarm da loyallığı dini xarakter daşıyırdı. Onların ruslarla getməsinin səbəbi də bundan irəli gəlirdi. Bir çox mənbələrin məlumatlarına görə o zaman 10 min erməni ailəsi Şərqi Anadoiunu tərk edərək Rusiya tərə­ findən işğal olunmuş torpaqlara köçmüşdü.

Sonrakı 100 il ərzində baş verən demoqrafik dəyişikliklər 1827-1829-cu illər müharibələri dövründə olduğu kimi davam etmişdi. Baş verən müharibələrdə osmanlılar ruslara məğlub olurdu. Müharibələr zamanı Osmanlı imperiyasının ərazilərində yaşayan ermənilərin çoxu rus işğalçılarına kömək edirdi. Rus ərazilərində yaşayan müsəlmanların çoxu isə osmanlılara yardım edirdi. Ruslara işğal etdikləri torpaqlarda qalmaq imkanı verilmədi. Qüvvələr tarazlığının pozulmasından nigarançılıq keçirən digər Avropa dövlətləri onları bəzi torpaqları osmanlılara qaytarmağa məcbur etdilər.

Müharibə vaxtı olduğu kimi, ondan sonra da Rusiyanın zəbt etdiyi ərazilərdə yaşayan türklər və digər müsəlmanlar Osmanlı imperiyasına qaçırdı. Ruslar imtina etməyə məcbur edildikləri torpaqları tərk etdikdə ən azı on minlərlə erməni onlarla birlikdə getdi. Müharibələrarası dövrdə ermənilərin və türklərin bir çoxu öz ailələri ilə birləşmək, iş yeri tapmaq, daha az vergi vermək və s. səbəblərdən, yaxud sadəcə olaraq dini və etnik cəhətdən onlarla birlik təşkil edənlərlə bir yerdə yaşamaq məqsədilə mühacirət edirdilər.

Hətta müharibələr arası dövrlərdə belə Rusiya imperiyası erməniləri köçməyə şirnikdirirdi. Şirnikdirmə metodları isə indikindən fərqlənmirdi – vergi güzəştləri və işlə təmin olunma. Rusiyanın Qafqazdakı ucqar əyalətlərinə köçən ermənilər azad, yaxud ucuz torpaq sahəsi vermək və əsas rus vergilərindən azad etmək barədə vədlərlə şirnikdirilirdilər.

Bu vədlərin çox vaxt yerinə yelirilməməsinə və ermənilərin bir hissəsinin Osmanlı imperiyasına qayıtmasına baxmayaraq, ruslar mümkün qədər çox erməninin köçməyə cəlb olunması üçün kifayət edəcək qədər həvəsləndirici amil yaradırdılar. Daha böyük inkişaf səviyyəsi və deməli Osmanlı imperiyası ilə müqayisədə Rusiyadakı daha yüksək həyat səviyyəsi xususilə inandırıcı görünürdü. Osmanlıların vəziyyəti daha ağır idi. Onlar indi üçüncü ölkələrin iqtisadiyyatı adlanan sahədə islahatlar aparır və rusların təkrar olunan basqınlarım dəf edirdilər.

Nəticədə Rusiya ərazilə­rində mövcud olan üstünlükləri təmin edə bilmirdilər. Rusların Qafqazdakı əyalətlərində neft tapıldıqdan sonra ruslar neftlə zəngin olan Bakıda və ətraf rayonlarda əhalinin əsasən türklərdən ibarət olmasına baxmayaraq, erməni sahibkarlarına açıq-aşkar lütfkarlıq göstərirdilər. Əlbəttə ki, bu, ermənilərin köçüb gəlməsi üçün yaxşı iqtisadi maraq rolunu oynayırdı. Lakin ermənilər təkcə Rusiyaya mühacirət etmirdildər. Onlar Şərqi Anadoludan İstambula və Qərbi Anadolunun və Osmanlı Avropasının digər şəhərlərinə köçürdülər. Özü də, sonuncuların sayı Rusiyaya köçənlərdən olduqca çox idi. Bu onunla izah olunur ki, Şərqi Anadolu pis həyat şəraiti ilə seçilən region idi. Odur ki, ermənilər və digər xalqlar hələ Bizans imperiyası dövründən başlayaraq oram tərk edirdilər. Sonuncu yüzillik ərzində onlar digər xarici ölkələrə, xüsusilə də ABŞ-a köçürdülər.

Castin Makkarti, Karolin Makkarti “Türklər və ermənilər” (Bakı, “Səda”, 2010) kitabından

1905.az