Zinvori-bajin160 dollara başa gələn geyim və qidaların Polşa, Rumıniya və Çexiyaya satışını kim təşkil edir?

Ermənilərin əhalidən ianə hesabına topladıqları pullarla istehsal olunan Ermənistan Müdafiə nazirliyinə məxsus kosnervləşdirilmiş qidalar və hərbi geyimlər Polşa, Rumıniya və Çexiya mağazalarında satılır. Bu barədə erməni hüquqşünas Qarik Qalikyan öz facebook səhifəsində bildirib. O, qeyd edib ki, “Dostlarımdan biri mənə bir şey yazdı, ancaq söz tapa bilmədim. Mənim 8 yaşlı uşağım öz bufet pulunu əsgərlərə qida göndərmək üçün toplayır. İnsanlarımız var ki son qəpiyini də əsgərlər üçün sərf edir, amma axırda məlum olur ki, Polşanın Bielsko Biala şəhərinin mağazalarında erməni hərfləri ilə yazılmış, erməni əsgərləri üçün nəzərdə tutulan konservləşdirilmiş qidalar satılır. Orada hər şey əsgər paltarları ilə birlikdə 500 zlot, yəni 160 dollardı.” Bunun Müdafiə nazirliyinin rəhbərliyi tərəfindən biznes maraqları üçün Avropanın digər ölkələri Rumıniya və Çexiyada da  təşkil olunduğunu qeyd edən hüquqşünas cavabdeh qurumlardan bu şeyləri görüb müvafiq yoxlamalar aparmasını xahiş edib.

Qeyd edək ki, bu hadisə erməni sosial şəbəkə istifadəçiləri tərəfindən narahatlıqla qarşılanıb. Onlar Ermənistan rəhbərliyi və ordu haqqında təhqiramiz fikirlər səsləndirərək, onların cavab verməli olduqlarını bildiriblər.

Zinvori-bajin-1

Zinvori-bajin-2

Zinvori-bajin-3