yanacaqSatışın ordunun rəhbər heyəti tərəfindən həyata keçirildiyi bildirilir

Ermənistan mətbuatında yayılan xəbərlərə görə, Ermənistan ordusunun hərbi qulluqçuları ordu üçün ayrılmış yanacağı oğurlayaraq yerli sakinlərə satırlar. Belə ki, Ermənistanın “orer.am” saytındakı məqalədə bildirilir ki, “Jurnalist bu yaxınlarda iki hərbi qulluqçunun danışıqlarının şahidi olub. Onlar orduda benzinin mənimsənilməsi ilə bağlı danışırdılar. Müdafiə nazirliyinin benzin saxlanılan müvafiq anbarlarda vaxtaşırı yoxlamaların aparıldığını qeyd edirdilər. Müvafiq tankerlərdə saxlanılan benzin bəzi vəzifəli şəxslər tərəfindən mənimsənilir. Tankerlərə benzin nazik boru vasitəsilə axıradək doldurulsa da benzini məharətlə tankerlərdən oğurlaya bilənlər də var”.

Huquqşunas Qarik Qalikyanın sözlərinə görə, Qarakənddə su daşıyan hərbi maşınların sürücülərinin bildirdiklərinə görə, oğurluq benzinin bir çənini 8 min drama hərbiçilərdən alırlar. İstənilən şəxs hərbi hissə komandanlığı ilə razılığa gələrək asanlıqla benzin, dizel yanacağı və maşın yağı əldə edə bilər.

Qarik Qalikyanın bildirdiyinə görə, bu yaxınlarda Ermənistan ordusunda yanacağın oğurlanaraq satılmasının qarşısı alınarkən qətl hadisəsi baş vermişdir. Belə ki, hərbi qulluqçu Hovhannes Petrosyan İcəvanın hərbi hissələrindən birində benzin oğurluğunun qarşısını alarkən qətlə yetirilimişdir. Hovhannesin atası  Vaçik Patrosyanın bildirdiyinə görə, oğlu zabitlərə benzin oğurlamağa icazə vermədiyindən  zabitlər onun başından güllə ilə vurublar.: “Oğlum dəfələrlə bildirmişdir ki, zabitlər hərbi hissədən benzin oğurluğu edirlər. Oğlum da oğurluğun qarşısını almaq üçün bir neçə dəfə kalonkanı bağlayıb və nəticədə zabitlər benzini oğurlaya bilməyiblər. Biz bilirik ki, elə bu  səbəbdən də onu qətlə yetiriblər”.