sarkisyanErmənistan prezidenti Serj Sarkisyanı doğum günü münasibəti ilə ən biabırçı şəkildə təbrik ediblər

Ermənistan prezidenti S. Sarkisyanın hakimiyyət nüfuzunu itirməsi onun məzxərə obyektinə çevrilməsinə səbəb olub. Sadə ermənilər, ordu, hətta dövlətin məmur və rəhbər şəxsləri arasında ciddiyyətini itirən Sarkisyan aprel hadisələr zamanı itirilmiş ərazilərə görə, həmçinin bölgəyə gətirilmiş və orada talanla məşğul olan Sarkisyanın döyüş yoldaşları sayılan keçmiş döyüşçülərlə hərbi qulluqçular arasında yaranmış mübahisələr səbəbindən erməni xalqı qarşısında tam şəkildə hörmətini itirib. Belə ki, «Erməni qartalları» təşkilatının sədri Xaçik Asryan keçmiş döyüşçülər adından prezident Sarkisyana ikrah hissi ilə dolu təbrik məktubu göndərib. Sarkisyanın hansı hisslər keçirdiyini deyə bilmərik, yalnız Asryanın göndərdiyi təbriki olduğu kimi təqdim edirik.

«Ad günün mübarək ey erməni hökmdarı – Prezident !

Ermənistan Respublikasının ən hörmətli cənabı – Prezident !

«Erməni qartalları» ictimai vətənpərvərlik təşkilatının rəyasət heyətinin, təşkilatın 46 minə yaxın üzvünün və şəxsən özümün adımdan Sizi, 61 yaşınızın tamam olması münasibətilə təbrik edirəm, Sizə möhkəm can sağlığı və sonsuz ailə səadəti, eləcə də millətin rifahı naminə uzunmüddətli məhsuldar işlər və Ermənistanın dövlət quruculuğunun daim yanında olmağınızı allahın xeyir-duası ilə arzulayıram.

Ermənistan Respublikasının Prezidenti və Ali Baş Komandanı kimi Sizin müdrikliyiniz və təcrübəniz Ermənistan yaylasında daimi olsun, eləcə də erməni dövlətçiliyinin, erməni torpağının sabitliyini və möhkəmliyini qorusun.

Müasir mürəkkəb, ziddiyyətli geosiyasi və regional bir şəraitdə, Sizin çoxtəcrübəli diplomatik səriştəniz sayəsində, Ermənistan Respublikasının Prezidenti kimi Siz, bizim milli məqsədyönlüyümüzə və ölkənin gələcəyinə dəstək göstərərək hər iki erməni respublikasının sabitliyini və möhkəmliyini qorumağı bacardınız.

Artsax azadlıq müharibəsinin həlledici günlərində və çətin mübarizə şəraitində Siz DQR-in özünümüdafiə komitəsinə rəhbərlik edərək, əsl vətənpərvər qətiyyəti ilə həyatınızı müstəqillik üçün ayağa qalxmış tarixi Artsax xalqının müqəddəs azadlıq işinə həsr etdiniz.

Sizin və görkəmli erməni qəhrəmanlarının qətiyyəti, yenilməz ruh yüksəkliyi və vətənpərvərlik dəyərlər sisteminin fəallığı sayəsində qədim erməni xalqı, 20-ci əsrin əvvəllərində süni surətdə uydurulan və müxtəlif tayfaların birləşdirilməsi nəticəsində formalaşdırılan Azərbaycan üzərində qələbə çaldı. Ən yeni tarixdə erməni xalqı qəhrəman kimi tanındı və Siz də Artsaxın qəhrəmanı adına layiq görüldünüz.

Artsaxın yenidən dirçəlişi üçün aparılan şanlı qəhrəmanlıq savaşından dövlət quruculuğunun indiki çətin günlərinə qədər Sizin ağlınız, düşüncəniz, həmçinin milli, dövləti və vətənpəpvərlik maraqları naminə özünü biruzə verən ayıqlığınız, öz torpaqlarının vətəndaşlarına – sahiblərinə, onların timsalında bizə – «Erməni qartallarına», həmişə Sizinlə, məğlubedilməz erməni xalqı, milli ordu və erməni dövlətçiliyi ilə birgə olmaq, həmçinin çətinliklə əldə olunmuş müvəffəqiyyəti qorumaq üçün qüvvət və igidlik təlqin edir.

«Erməni qartalları», üç amilin vəhdətinin – «Erməni dövlətçiliyi, Milli Ordu, Erməni Prezidenti» dəyərləri sisteminin daşıyıcıları və müdafiəçiləridir. Biz bu amalı gələcək nəsillərə, bütün ermənilərin birliyinin əsası kimi ötürməyə hazırıq.

Allah Sizi və Sizin ailənizi qorusun.

Çox hörmətlə, Xaçik Asryan – «Erməni qartalları» ictimai vətənpərvərlik təşkilatının təsisçisi-sədri.

Qeyd edək ki, bu təşkilatın 46 min üzvünün və onların simasında bütün ermənilərin ölkə prezidentinə nifrəti, «ey erməni hökmdarı – Prezident» ifadəsi ilə onu məzxərə obyektinə çevirərək yumorlu sətirlər yazmaları Sarkisyanın bir president olaraq kimliyinin göstərgəsidir.