hqdefaultÖlümcül döyülən gənc  əsgər xəstəxanaya yerləşdirildi.

RST-nin verdiyi xəbərə görə, 13 iyul tarixində qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə ordusunun gənc əsgəri Ararat Nikoyan ağır bədən xəsarəti ilə Əsgəran rayonu ərazisində yerləşən yerli xəstəxanaya çatdırılıb.

Bu barədə Hamaynapater.am saytının redaksiyasına A.Nikoyanla bir hərbi hissədə xidmət edən əsgərlərdən biri məlumat verib.

Əsgərin sözlərinə görə,  12 iyul gecə saatlarında A.Nikoyan və daha bir neçə gənc əsgər ağır bədən xəsarəti ilə xəstəxanaya aparılıb. Xəstəxanada ilkin tibbi müayinə olunan əsgərlər daha sonra stasionar müalicə almaları üçün saxlanılıb. Hadisə ilə  bağlı ilkin araşdırma zamanı məlum olub ki, A.Nikoyan xidmət etdiyi hərbi hissənin zabiti, bölük komandiri Qarik Zakaryan və onun dostları tərəfindən vəhşicəsinə döyülüb.

Qeyd edək ki, Dağlıq Qarabağ Respublikasının Müdafiə ordusunda hərbi davranış qaydalarının pozulması, vəzifə səlahiyyətlərinin aşma halları  tez-tez baş verir. Bu cür qanun pozuntuları bir çox hallarda Ermənistan Respublikasından Dağlıq Qarabağa hərbi xidmətə çağrılmış əsgərlərə qarşı törədilir.

Hadisə ilə bağlı Ararat Nikoyanın xidmət etdiyi hərbi hissədən heç bir açıqlama verilməyib.