8Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsi uğurla həyata keçirildi. Layihə üç ay müddətində icra olunub.

Bir ali məktəbdə, altı orta məktəbdə, iki kollecdə, Quba və Mingəçevir şəhərlərində, Qarabağ müharibəsi əlilləri, veteranları, gənclərlə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində, Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunların iki hərbi hissəsində görüşlər keçirilib. Görüşlərdə vətənpərvərlik, tariximiz, qəhrəmanlarımız haqqında söhbətlər aparılıb. Filmlər nümayiş olunub. Layihə müddətində iştirakçılar tərəfindən qaldırılan bir çox məsələlər həll olunub. Bu məsələlər barədə mütəmadi mətbuatda informasiyalar verilmişdi. İstər ölkə daxilində, istərsə xaricdə baş verən məsələlər reaksiya verilib, bəyanatlar yayılıb. Referendumla bağlı tədbirlər keçirilib. İctimai Birlik layihəyə bir çox töhfələr verdi. Layihənin yekun hesabat tədbiri 02 sentyabr 2016-cı il saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçirildi.

Qeyd edək ki, layihənin rəhbəri Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızıdır.

rst.az