metsamor-9AES-in işdən azad olunan mütəxəssisi mətbuata ilginc acıqlamalar verdi

Ermənistanın iqdistadi problemlərlə çalxalandığı bu günlərdə Metsamor Atom Elektrik Stansiyası barədə şikayətlər səngimək bilmir. Belə ki, Metsamor AES-nın fəaliyyətini təhlükəli görən beynəlxalq və regional ekspertlərin rəylərinə baxmayaraq Ermənistan hökuməti stansiyanın fəaliyyətini dayandırmır, istismar müddətinin artırılması üçün səylər göstərir. Lakin, Ermənistan ictimaiyyəti, xüsusən AES-nın yaratdığı kimyəvi tullantılar nəticəsində ekoloji vəziyyəti ağır olan bölgənin əhalisi dəfələrlə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə və Ermənistan rəhbərliyinə şikayət etmələrinə baxmayaraq vəziyyət olduğu kimi qalmaqda davam edir. Hər an fəlakətə səbəb olacaq stansiya Ermənistan və bütün region üçün təhlükə mənbəyinə çevrilib. Bu barədə mətbuata açıqlamasında Metsamor Atom Elektrik Stansiyasının bir müddət əvvəl işdən azad olunan mütəxəssisi Hovakimyan Aleksandr Qriqori bildirib.

Hovakimyan (şəxsiyyət vəsiqəsi AN 0660311) 1951-ci il aprel ayının 23-də İrəvan şəhərində doğulduğunu, hazırda İrəvan şəhəri, Arabkir küçəsi ev 51 ünvanında yaşadığını qeyd edib.

A. Hovakimyan mətbuata açıqlamasında əvvəllər Ermənistan Müdafiə Nazirliyinin əks kəşfiyyat şöbəsində işləyərkən Metsamor AES barədə ictimaiyyətdən gizli saxlanılan bir çox məlumatlara sahib olduğunu və bu problemlerin həllini AES rəhbərliyindən soruşduğu üçün işdən azad olunduğunu bildirib. O, işdən azad olunmasının sifarişini yuxarı rəhbərlikdən gəldiyini və bunun AES barədə gizli məlumatlara sahib olduğu üzə çıxandan sonra baş verdiyini vurğulayaraq qeyd edib.

A.Hovakimyan həmçinin, işdan azad olunmasına baxmayaraq öz etirazını ən yüksək səviyyədə bildirməyə davam edəcəyini, əgər yaxın vaxtlarda Ermənistan hakimiyyəti  stansiyanın istismarının dayandırılması barədə ciddi addımlar atmazsa, AES barədə malik olduğu bütün məlumatları dünya ictimaiyyətinə mətbuat vasitəsi ilə çatdıracağını bəyan edib.

Ermənistan mətbuatının qeyd etdiyinə görə, Aleksandr Hovakimyana Ermənistan Apelyasiya Məhkəməsinin hakimi, əvvəllər onunla birgə Ermənistan Müdafiə Nazirliyinin əks kəşfiyyat şöbəsində işləmiş Levon Vağarşaki Qriqoryan adlı tanışı himayədarlıq edir.

rst.az