3Xankəndindəki hərbi hospitalın həkim qruppası Cəbrayıl hospitalına ezam olundular

Ermənistan Müdafiə nazirliyi Dağlıq Qarabağ ərazisində oktyabrın 6-dan 7-nə keçən gecə Azərbaycan tərəfindən tətbiq edilmiş AOP-17 tipli qumbaraatan olduğu ehtimal edilən mərmi ilə zədələnmiş hərbi maşının şəkillərini yayıb. Ermənistan Müdafiə nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə,  Ermənistan ordusu canlı qüvvə baxımından itki verməmişdir. Lakin, Ermənistan sosial şəbəkələrində yayılan xəbərə görə, partlayışdan sonra hadisə yerinə tibbi vertalyot gəlib və yaralılar Cəbrayıl hərbi hospitalına aparılıb. Belə ki, hazırda hospitalda müalicə olunan qondarma Dağlıq Qarabağ ordusunun əsgəri Araik Sarumyan bildirmişdir ki, dünən gecə saatlarında hərbi maşında ağır yaralanan hərbi qulluqçular hospitala gətirilib və onların müalicəsi üçün Ermənistandan kömək istənilib.

Qeyd edək ki, bu gün səhər Dağlıq Qarabağın cənub istiqamətində yerləşən hərbi hissələrin birində erməni hərbi qulluqçusu 1996-cı il təvəllüdlü Hayq Levon Hambarcumyan atışma zamanı güllə yarası alıb. Digər itkilər barədə məlumat verilmir. Lakin Ermənistanın yerkir.am saytının yaydığı xəbərə görə, yaralılara tibbi yardım göstərmək üçün səhər saatlarında bir qurup həkim Xankəndindki hərbi hospitaldan Cəbrayıl hərbi hospitalına ezam olunublar.

3 1 2