“Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar, problemlər, perspektiv vəzifələr” adlı konfrans keçirilir

BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli dövlətlərarası münasibətlərin yaxşılaşdırılmasında medianın rolu və Azərbaycan mövzusunun işıqlandırılması məsələlərindən danışıb. Bildirib ki, vahid informasiya məkanında Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması, Dağlıq Qarabağ probleminin xarici mətbuatda işıqlandırılması ölkə mediasının prioritetlərindəndir.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və digərləri çıxış edərək Azərbaycan həqiqətlərinin beynəlxalq mediada işıqlandırılmasının vacibliyindən söz açıblar.
Qeyd edək ki, iki gün davam edəcək konfransa MDB ölkələrindən, o cümlədən Türkiyə və İrandan media nümayəndələri qatılıb. Layihənin müəllifi və rəhbəri, “ULUS” Fondunun həmtəsisçisi, Himayə şurasının üzvü, savaş jurnalistikası mütəxəssisi Əlisafa Mehdiyevdir.

Bir cavab yazın