soyqirim_fotoMartın 21-də bolşeviklər tatarlara (azərbaycanlılara – red.) ultimatum verdilər. Ultimatumda deyilirdi ki, onlar gündüz saat 5-ə kimi bütün silahları təhvil verməli və sovet hökumətini tanımalıdırlar.

Ermənilər özlərini neytral aparırdılar. Onlar tatarların yanına səlahiyyətli nümayəndə göndərərək tam əminliklə bildirdilər ki, bolşeviklərlə hesablaşmaq niyyətində deyillər. Bununla belə, martın 31-də axşam ermənilər bolşeviklərlə birləşərək, tatarlara qarşı çıxdılar.

Hücüm tamamilə gözlənilmədən başladı. Tatarların cəmi 5 pulemyotu vardı və bir dənə də topları yox idi. Bolşeviklərin və ermənilərin isə gəmi artilleriyasından başqa, 12 topu var idi.

Nizami tatar qoşunları 400-500 nəfərdən ibarət olduğu halda, ermənilərin hələ yanvardan bütöv bir polku vardı. Bolşeviklərin sərəncamında isə 1,5 polk var idi.

Türk zabitlərinin rəhbərliyinin lazımi səviyyədə təşkil olunmaması onların uğursuzluğa düçar olmaları ilə nəticələndi. Eyni zamanda şayiələr gəzirdi ki,  tatarlar hərbi dəstələrin formalaşması üçün ianə vermək istəmirlər.

Qırğın martın 31-də başladı və yalnız aprelin 3-də dayandı. Təqribən 12000 nəfər öldürülmüşdü. Evlərin yarısı yandırılmış, yarısı da dağıdılmışdı. Memarlıq incisi olan “İsmailiyyə” binası tamamilə dağıdılmışdı.

Qaçıb canını qurtara bilməyənlər ermənilər tərəfindən elə öz evlərindəcə qətlə yetirilmişdilər. Ermənilər müsəlman qadınların qarınlarını süngü ilə yarmışdılar. Hətta balaca uşaqlara da aman verməmişdilər.

Bu iyrənc cinayət nəticəsində bolşeviklər (ruslar) və ermənilər arasında müəyyən soyuqluq yarandı.

Mənim tatar ziyalıları ilə söhbət etməyə az imkanım olub. Çünki çoxları şəhərdən qaçıb. Bəziləri Tiflisə gediblər. Hazırda Bakının xarici aləmlə əlaqələri tamamilə kəsilib.

Erix Fayqlın “Kəskin dönüş! Erməni mifomaniyası və həqiqət” kitabından

1905.az