sarkisyanSerj Sarkisyan şübhəli gəlirlər əldə edən insanlar ilə özünü əhatə edib

Ermənistanda yüksək vəzifəli şəxslərin etik komissiyası tərəfindən təsdiq edilmiş hesabata əsasən, Ermənistan prezidenti Serj Sarkisyanın köməkçiləri və işçi heyyəti qeyri qanuni gəlirlər əldə ediblər. Belə ki,   Serj Sarkisyanın köməkçisi Armen Abelyan 2013-cü il vergi ilində 78,4 milyon dram və 5200 dollar dəyərində gəlirlərinin hesabatını verib. Abelyan 30 min dollar yardım alıb. Həmçinin o, 2012-ci ildə 20 milyon dram ianə alıb.

Sarkisyanın digər köməkçisi Avetis Berberyanın ailəsi ötən il böyük miqdarda ianə alıb. Berberyanın təqaüdçü anası 100 min dollar, həyat yoldaşı isə 150 min dollar ianə alıb. Xanımı Sona Arakelyanın gəlirləri il ərzində 16 min 500 dollardan 90 min dollara çatıb. Sona Arakelyan işləmir. Berberyan özü 3 milyon dollar hesabat verib. Lakin bu rəqəm vergi ilinin sonunda 2.1 milyon dollar oldu. Onun gəlirləri 107.3 milyon dram təşkil edir. Gəlirlərin 41.1 milyonu səhmlərindən, 48 milyonu icarədən, 14,4 milyonu əmlakın xaric olunmasından əldə edilmiş gəlirlərdir. Lakin hesabatda əmlakın xaric olunmasından gəlirlər barədə heç bir məlumat verilməyib.

Prezident nəzarəti xidmətinin rəisi Hovhannes Hovsepyanın 2013-cü ildə gəlirləri 131.1 milyon dram təşkil edib. Hovhannes 300 min dollar ianə alır. Hovsepyan 185 milyon dram və 2 milyon 735 min dollar gəlirlərinin hesabatını verib.

Serj Sarkisyanın müşaviri Felix Pirumyan 10,7 milyon və 200 min dollar hesabat verib.