ruzannaErmənistan KİV və sosail şəbəkələrində yayılan bir xəbər Ermənistanı qarışdırdı. Belə ki, sosail şəbəkənin Lusine Galadjian adlı istifadəçisinin öz profilində paylaşdığı yazı ilk başda profilin kimə məxsus olduğunu və söhbətin nədən getdiyini bilməyən erməni istifadəçiləri üçün maraq doğurub.

Kimliyi indiyə qədər erməni ictimaiyyəti tərəfindən bilinməyən L. Galadjian yazısında eks müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzannanın arzusunun ürəyində qalmasından, onun “birinci lady” xəyalının puc olmasını Rita (red. Serj Sarkisyanın həyat yoldaşı) ilə qeyd etməsindən bəhs edib.

Ermənistan KİV-nin araşdırmasından sonra sosial şəbəkədə geniş müzakirəyə səbəb olan L. Galadjianın kimliyi məlum olub. Belə ki, haqqında bəhs olunan Lusine Galadjian Ermənistanın yeni təyin edilmiş müdafiə naziri Vigen Sarkisyanın həyat yoldaşıdır. Erməni KİV nümayəndələri mövzunu öyrənmək üçün onunla əlaqə saxlamağa çalışsa da onlara L. Galadjianın hazırda Los-Ancelesdə olduğu bildirilmişdir.