doc-nicolay1813-cü il oktyabrın 24-də Rusiya ilə İran arasında bağlanan Gülüstan müqaviləsinə əsasən Şəmşədil, Loru-Pəmbək və Şörəyel əyalətləri Gənсə, Qarabağ, Şəki, Şirvan, Bakı, Quba,Dərbənd, Talış xanlıqları və Dağıstan Rusiyanın tərkibinə qatılır.

1827-ci il iyunun 26-da ruslar Naxçıvan şəhərini,sentyabrın 20-də Sərdarabad qalasını, oktyabrın 1-də isə İrəvan qalasını ələ keçiriblər. İrəvanın ələ keçirilməsində xüsusi xidmətlərinə görə Xüsusi Qafqaz korpusunun komandanı general İ.F.Paskeviçə “Qraf Erivanski” titulu verilib.

1827-ci ilin sonu, 1828-ci ilin əvvəli rus qoşunları Cənubi Azərbaycanın Təbriz, Xoy,Urmiya, Salmas və Ərdəbil şəhərlərini ələ keçiriblər.

1828-ci il fevralın 10-da Təbriz-Tehran yolunun üstündə yerləşən Türkmənçay kəndindəbağlanan müqavilə ilə 1826-1828-ci illər Rusiya-İran müharibəsinə son qoyulur. Bu müqavilə ilə İrəvan və Naxçıvan xanlıqları bütünlüklə Rusiyanın ərazisinə qatılır. Martın 20-də I Nikolay bu müqaviləni təsdiq edir.

1828-ci il 21 mart- Erməni vilayəti yaradılması haqqında fərman verilir. Fərmanda deyilir:“İranla bağlanmış müqaviləyə əsasən İrandan Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan xanlıqlarını bundan sonra“Erməni vilayəti” adlandırmağı hökm edir və öz titulumuza daxil edirik.Həminvilayətin quruluşu və onun idarə edilməsi qaydası haqqında ali senat lazımi fərmanlarıözvaxtında alacaqdır.”

1840-cı ildə Erməni vilayəti buraxılır. Əvəzində təşkil edilən İrəvan qəzası Gürcü -İmeretin quberniyasının tərkibinə daxil edilir. 1849-cu ildə İrəvan, Aleksandropol, Naxçıvan,Ordubad və Novo-Bayazid /Yeni Bayazid/ qəzalarından ibarət İrəvan quberniyası təşkil edilir və 1917-ci ilə qədər bu struktur dəyişməz qalıb.

1917-ci ilin noyabrında Rusiyada hakimiyyət çevrilişi nəticəsində rus qoşunlarının silah-sursatı erməni komandirlərinə təhvil verərək Şərqi Anadoludan geri çəkilməsindən sonra ermənilər qırğınların miqyasını daha da genişləndiriblər.

1917-ci ildə erməni generalları Qafqaz ordusunun tərkibində ayrıcaerməni silahlı birləşmələrinin yaradılması haqqında dəfələrlə Ali Baş Komandanlıq adındanvəsatət qaldırmışdılarsa da Müdafiə Nazirliyi buna razılıq verməyib.

1917-ci il oktyabrın 23-də Qars cəbhəsinin baş komandanının sərəncamı ilə iki erməni atıcı briqadası yaradılıb. Sonralar bu briqadalar erməni daşnak hökuməti ordusununəsasını təşkil edib.

1918-ci ilin fevralından etibarən türk qoşunları əks hücuma keçərək erməni qoşunlarını Şərqi Anadoludan təmizləyib.

1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımız soyqırıma məruz qoyub.

1918-ilin mayında Zaqafqaziyada üç müstəqik Gürcüstan, Azərbaycan və Ermənistandövlətləri yaransa da onların arasında sərhədlər dəqiq müəyyən edilməmişdir.

1918-ci ildə erməni silahlı qüvvələri tərəfindən Bakı quberniyasında 229 yaşayış məntəqəsi (o cümlədən Şamaxı qəzasında 58, Quba qəzasında 112), Gəncə quberniyasında 272 yaşayış məntəqəsi (Zəngəzurda 115, Qarabağda 157), İrəvan quberniyasında 211 (İrəvan qəzasında 32, Yeni-Bayaziddə 7, Sürməlidə 75, Eçmiədzində 84), Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə yeksan edilmiş, yüz minlərlə əhali qırılmış və öz etnik ərazilərindən qaçqın düşüb.

1918-ci ilin mayında əzəli Azərbaycan torpaqları olan İrəvan quberniyası ərazisində Ermənistan dövləti yaradılan zaman onun paytaxtının hansı şəhər olacağı müəyyən edilməyib.

Azərbaycan hökuməti milli münaqişələrə son qoyulması məqsədilə mayın 29-da İrəvan şəhərinin paytaxt elan edilməsi üçün ermənilərə güzəştə getdiyini bəyan edib.

1905.az