sirakErmənilərin tarixi türk toponimlərini saxtalaşdırmaqla özününküləşdirməsi artıq heç kimə sirr deyil. Bu toponimlərdən biri də Qazaxıstan telekanalının araşdırması ilə öz təsdiqini bir daha tapdı. Belə ki, Ermənistanın Şirak vilayətinin Ariç kəndinin adı Qıpçaq olubdu. Bu barədə Qazaxıstanın “Telekanal Xeber 24” kanalı xüsusi reportaj hazırlayıb. Reportajın süjet xətti ondan ibarətdir ki, Şirak ərazisinin Ariç kəndi 8 əsrdən artıqdır qıpçakların yaşadığı ərazi olubdu. Bölgənin əsas danışıq dilinin qıpçaq dili olmasına baxmayaraq bütün sənədlər, ədəbiyyat nümunələri erməni hərifləri ilə qıpçaq dilində yazılıbdı. Kənddə yerləşən indiki erməni kilsəsinin adı isə Sulpastvaçaçin məbədi olubdu, hansi ki, sonralar bu məbəd Qıpçaqavan adlanıbdı. Ariç qəsəbəsinin rəhbəri Rolland Hazarityanın dediyinə görə, o, indi də özünü qipçaq kimi təqdim edir və kəndin yaşlı nəsli özlərini hələ də qıpçaklar adlandırırlar.

Video reportajda diqqət çəkən əsas məqam, ermənilərin tarixi həqiqətləri gizlətmək, dəyişmək kimi mahir bacarıqlarının bu mövzudan da yan keçmədiyi həqiqətidir. Belə ki, qədim türk tayfasının hazırda da yaşadığı Ariç kəndinin tarixini heç kimin xatırlaya bilmədiyi və tarixin uydurulduğu vaxtdan dəyişən erməni tarixçiləri hesab edirlər ki, Qıpçaq adlanan ərazinin 5 min il əvvəl adı Ariç olubdu.

Qeyd edək ki, ərazinin türklərə məxsus olduğuna misal olaraq Şirak vilayətinin Artik bölgəsinin XX əsrin 40-cı illərində adı dəyişdirilərək “Ariç” şəklinə salınan qədim Xpçax (Qıpçaq) kəndindəki Xpçaxvəng adlı kilsə və monastrı (XII əsrdə tikildiyi söylənilir) göstərmək olar. Qərbi Azərbaycanda (bugünkü Ermənistan) qıpçaq – qarqarların çox qədim zamanlardan yaşamış olduqlarını, onların torpaqlarının Ərməniyyə və Kilikiyaya qədər uzandığını erməni (hay) tarixçilərindən bəziləri də etiraf edirlər.

Telekanalın hazırladığı xüsusi reportajı oxuculara təqdim edirik: