monqollarin-samaxiya-hucumu                          Monqolların Şamaxıya hücumu. Rəssam Q. Seyfullayev. Milli Azərbaycan Tarixi Muzeyi

XIII əsrin 20-30-cu illərində monqol istilaları başlanan zaman ermənilər etnopsixoloji xüsusiyyətlərınə sadıq qalaraq daima səlcuqlara arxadan zərbə vurmaq taktikası seçdilər. Monqol sərkərdələri Kiçik Asiya istiqamətındə hücumlara başlayan zaman onlara bu bölgəyə yaxşı bələd olan casuslar lazım idi. Kirakos yazırdı ki, Atabəy İvanın oğlu paron Avaq 1236-cı ildə hamıdan əvvəl monqollara əsir düşmüş və Çormoğunun yanında qulluğa girmişdi.

Erməni müəllifləri etiraf edirdilər ki, monqol sərkərdələri Qafqazın digər knyazlıqlarını tabe etmək üçün Avaqdan istifadə edirdilər. Həmçinin əlavə olaraq qeyd edək ki, 1242-ci ildə monqollar Anadolunun işğalına başlayan zaman bu ordunun sıralarında erməni və gürcü əsgərləri də vardı. Onlar Ərəb müsəlman xilalətinə və səlcuq türkləri əleyhinə mübarizə aparmaq üçün belə bir əlverişli şəraitdən istifadə etmək və sonra isə monqol xanlarından «yağlı pay» almaq məqsədi güdürdülər.

Təbii olaraq, beiə bir çətin vəziyyətdə monqol təhlükəsi ilə üzləşən səlcuq sultanı özünə tabe knyazlıqlardan yardım istədi. 1243-cü ildə Kilikiya erməni knyazlığınm kiçik bir qoşunu Sivasa qədər gəlsələr də savaşa girmədən köhnə adətlərinə uyğun olaraq qaçıb getdilər.

Monqollar Sivası ələ keçirdikdən sonra Kayserini mühasirəyə aldılar. Qanlı döyüşlərə baxmayaraq şəhər təslim olmadı. Monqol qoşunu geri çəkilmək üzrə ikən (iğdiş başı) erməni Hayık oğlu Həsən gizlicə monqol sərkərdəsi ilə sövdələşdi. Səlcuqların çörəyini yemiş və vəzifə sahibi olmuş bu etməninin sədaqət andına xilaf çıxaraq xəyanətkarlığı nəticəsində Kayseri monqollar tərəfındən işğal olundu. Monqollar şəhər əhalisini və səlcuq əsgərlərini qılıncdan keçirdilər.

1243-cü ildə monqollar Ərznak şəhəri yaxınlığındakı Ciankatuk kəndində İkoniya sultanının qoşunları üzərində qələbə qazanaraq Kilikiya sərhədlərinə yaxınlaşdılar. Erməni hakimləri öz elçilərini monqol qoşununun baş komandanı Baçu Noyonun yanına göndərməyə və onunla ittifaq bağlamağa tələsdilər.

Kilikiya tərəfındən danışıqları böyük knyaz Konstantin və onun oğlu Smbat Sparapet aparırdı. Nəticədə belə bir razılıq əldə olundu ki, Kilikiya erməni knyazlığı monqol ordusunu ərzaqla təchiz edəcək və zəruri hallarda yürüşlərdə iştirak etmək üçün lazımi miqdarda qoşun göndərəcəkdir. Öz tərəfindən monqol qoşunlarının baş komandanı bu knyazlığın suverenliyini qoruyub saxlamağı vo qonşu dövlətlərin hücumlarına məruz qalacağı təqdirdə erməni knyazlığına silahlı yardım göstərəcəyini vəd etdi.

Beləliklə, ermənilər öz ağalarını dəyişdilər. Monqollar tərəfindən məğlub edilən Səlcuq dövlətinin əvəzində ermənilər yeni monqol ağalarına tabe oldular. Ermənilər əvvəllər səlcuqlara göndərdikləri hərbi qüvvə və xəracə artıq monqollara verməyə başladılar.

Atamoğlan Məmmədli “Ermənilərin gerçək tarixi”. Bakı-2008 kitabından

1905.az