foto_dashnak21919-cu ildə Cənubi Qafqaza, o cümlədən Qarabağ və Zəngəzura səfər edən ingilis hərbi jurnalisti Skotland-Liddell yazırdı: “Ermənilər ona görə bədbəxtdirlər ki, orada Daşnaksütyun partiyası hakimiyyətdədir. Bu – terrorçu inqilabi təşkilat uzun illər ərzində erməniləri müsəlmanlara qarşı hücuma təhrik edir. Sonunculardan layiqli cavab aldıqdan sonra isə bunu dünyaya yayır, “məzlum ermənilər”ə münasibətdə dünyada rəğbət yaratmaq istəyirlər… Bacarıqlı sistemli təbliğat sayəsində isə layiq olmadıqları rəğbəti qazanırlar”.

Daha sonra isə qeyd edirdi ki, ermənilərlə bir neçə il ərzində yaxından tanış olan ingilis zabiti ona danışıb ki, “Ermənistan daim münaqişə axtarır, buna nail olduqda isə tamamilə layiq olduğu cəzalandırılmanı öz təbliğatlarında “sıxışdırılma” adlandırırlar. Daşnaklar üçün qətlə yetirilmiş erməni daha qiymətlidir. Çünki həmin qətllə bağlı hadisədən lazımi qaydada istifadə etsələr, təbliğat işində xeyli səmərə əldə edə bilərlər. Onların sevimli üsulları aşağı səviyyəli reklam olunmaq üçün “xristian ” sözündən istifadədir. Burada həqiqəti bilirlər, hətta sıravi ingilislər də olmasa, ingilis nazirləri bunu bilməlidirlər”.

T.Köçərli “Qarabağ məsələsinin tarixinə dair” (rus dilində) kitabından, Bakı – 2009 kitabından

1905.az