Yaxın günlərdə Türkiyə nümayəndə heyətini Moskvaya göndərir.
Rusiya və Türkiyə bayraqları

Rusiya və Türkiyə bayraqları

Türkiyə – Rusiya əlaqələrində isti münasibətlər yaranmağa başlayır. ANS PRESS-in məlumatına görə, yaxın günlərdə Türkiyədən bir heyət Moskvaya gedir.

Danışıqlar gələn həftə Moskvada reallaşacaq.

Rusiya fitosanitariya və baytarlığa nəzarət xidməti  “Rosselxoznadzor”un sədr müavini Aleksey Alekseyenko Türkiyənümayəndələrinin gələn həftə Rusiyaya türk bitki məhsulunun göndərilməsi danışıqlarının müzakirəsi üçün Moskvaya gələcəklərini bildirib.

“Biz Türkləri bura dəvət etdik, onlar bu səfərə razılaşdılar. Danışıqlar gələn həftə Moskvada reallaşacaq. Görüşlər zamanı laboratoriya yoxlamaları daxil olmaqla bitki məhsulunun çatdırılmalarının təhlükəsizliyinin təminat sistemi müzakirə olunacaq”, – deyə Aleksey Alekseyenko bildirib.

Aleksey Alekseyenko

Aleksey Alekseyenko

Alekseyenko qeyd edib ki, türk istehsalçılarının “Rosselxoznadzor” mütəxəssisləri tərəfindən yoxlamalarının keçirilməsi məsələsi hələ müzakirə edilmirdi. İdarə başçısının köməkçisi həmçinin xatırladıb ki, “Rosselxoznadzor” türk bitki məhsulunun idxalına yeni məhdudiyyətlərin tətbiqi hüququnu özündə saxlayır və belə məhdudiyyətlərin tətbiqi istisna edilmir.

30b987170b05

30b987170b05
f6b2afd1abb7

f6b2afd1abb7

Suriya ilə sərhəddə vurulan rus təyyarəsindən sonra gərginləşən Rusiya-Türkiyə münasibətləri soyuyub. Bundan sonra Rusiya Türkiyə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul edib. Rusiya xarici işlər naziri Sergey Lavrov sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır: “Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib”.

Rusiya bu türk mallarını ölkəyə buraxmır (FOTO)

Rusiya prezidenti Vladimir Putin ötən il noyabrın 28-də Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Müvafiq qərar əsasən Rusiyada 2016-cı ilin yanvarın 1-dən Türkiyədən bir sıra kənd təsərrüfatı xammalı və ərzaqların gətirilməsinə qadağa qoyulub. Sənədə əsasən, Türkiyənin yuridiksiyası altında olan təşkilatlar üçün Rusiyada bir sıra işlərin icra edilməsinə məhdudiyyətlər yaradılır.

Rusiyanın Türkiyədən aldığı mallar infoqrafikada

Rusiyanın Türkiyədən aldığı mallar infoqrafikada

“Vladimir Putin “Rusiya Federasiyasının milli təhlükəsizliyinin təminatı, Rusiya Federasiyası vətəndaşlarının cinayətkarlardan və başqa qeyri-qanuni hərəkətlərdən müdafiəsi üzrə və Türkiyə Respublikası barəsində xüsusi iqtisadi ölçülərin tətbiqi haqqında” fərman imzalayıb”, – deyə Kremlin rəsmi saytı xəbər verib.

Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov bəyan edib ki, ölkə türk mallarını digər ölkələrdən gətirilən ərzaqlarla əvəz edə bilər. Nazirin sözlərinə görə, türk meyvə və tərəvəz məhsullarını Azərbaycan, İran, Özbəkistan, Mərakeş, CAR kimi ölkələrdən gətirilən analoji məhsullarla əvəz etmək olar.