8888Erməni ekspertlərinin fikrincə son üç ildə ölən hərbçilərin sayında artım var

Ermənistan KİV-də Ermənistan ordusunun 2016-cı ildəki itkiləri barədə statistika açıqlanıb. Məlumata görə, il ərzində 165 hərbçi döyüş, 57 hərbçi isə qeyri-döyüş şəraitində həlak olub. Rəsmi rəqəmlərə görə, Ermənistan ordusunun döyüş şəraitində ən böyük itkisi aprel ayında baş verib. Belə ki, aprel ayında 91 erməni hərbçi ölüb. Digər 11 ayda isə 17 əsgər döyüş şəraitində ölüb.

Ötən illərin statistik göstəricilərinə nəzər salsaq ictimaiyyətə açıqlanan ölüm sayları 2014-cü ildə 41 insident nəticəsində 46 hərbiçi idisə, 2015-ci ildə bu rəqəm 58 insident nəticəsində 76 hərbçi, 2016-cı ildə  108 hərbçi  olduğu bildirilir. Lakin, nəzərə alsaq ki, Ermənistan rəsmiləri döyüş və qeyri-döyüş şəraitində ölən hərbiçilərin gizlədilməsinin mahir ustalarına çevriliblər, qeyd etmək olar ki, Ermənistan ordusunda qeydə alınan ölüm faktları açıqlanan statistikadan xeyli çoxdur. Belə ki, təkçə 2016-cı ilin aprel ayında baş verən dörd günlük döyüşlərdə Ermənistan tərəfi həm canlı qüvvə, həm də döyüş texnikası baxımından böyük tələfata məruz qalıb. Ermənilərin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 döyüşçü öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb.

Qeyd olunan illərin statistik göstəricilərinə əsasən erməni ekspertlər Ermənistan ordusunda döyüş zamanı ölən hərbçilərin saylarının ildən ilə artdığını bildirirlər. Statistikaya istinad edən erməni ekspertlərin fikrincə ötən illərin xranoloji ardıcıllığının davam etməsi nəzərə alınsa 2017-ci ildə Ermənistan ordusunda ölüm hallarının daha da artacağı gözlənilir.