2016-cı il aprel ayında baş verən döyüşlər Azərbaycan Ordusunun tarixində növbəti uğur, qələbə kimi qeyd olunsa da, həmin günlər xalqımızın canı az ağrımadı. Ordumuzun uğurlu xəbərləri ilə sevinən Azərbaycan digər tərəfdən şəhidlərimiz üçün göz yaşları tökdü. Nə qədər ağır olsa da, qəbul etməliyik ki, döyüşdə uğur itkilərlə əldə olunur. Lakin bu gün erməni mətbuatında və sosial şəbəkələrdə yayılan xəbər şəhidlərimizin qanının yerdə qalmadığını bir daha sübuta yetirdi. Məğrur Azərbaycan əsgəri növbəti erməni təxribatının qarşısını mətinliklə aldı və ermənilərin “Aprel qəhrəmanının” cəzasını verdi…

RST-nin shamshyan.com saytına istinadən verdiyi məlumata görə, bu gün Ermənistanın Şirak vilayətinin Şirak kəndində erməni hərbi qulluqçu, atıcı-qumbaraatan köməkçisi Qor Qareqinyan dəfn olunub. Dəfn mərasimi qəhrəmanlara laiq şəkildə, hərbi qayda da erməni bayrağı, himn müşaəti, dualar və sayqı atəşləri ilə dəfn edilib. Dəfn mərasimində iştrirak edən Müdafiə Nazirliyinin nümayəndələri, xidmət yoldaşları Qor barədə xatirələrini bölüşərkən bildiriblər ki, o hər zaman öz cəsarəti və şücaəti ilə seçilənlərdən olub: “…O xidmətinin ilk günlərindən ön cəbhədə oldu. Aprel müharibəsində şücaət göstərdi və bir çox əsgərin həyatını xilas etdi. Elə buna görə də o bütün qəhramanlar kimi “Döyüş xidməti” medalı ilə tərtif olundu…..”

Sayt Q.Qareqinyanın atəşkəs rejiminin pozulması nəticəsində həlak olduğunu bildirsə də, bu xəbər barədə sosial şəbəkədə şərh yazanlar Qorun növbəti səriştəziz olaraq hazırlanmış, düşünülməmiş şəkildə həyata keçirilən diversiyanın qurbanı olduğunu  və neçə – neçə günahsız erməni gənclərinin məhvə sürükləyən Sarkisyan rejimini lənətləyirlər.

Xatırladaq ki, fevralın 7-də saat 16.55-dən başlayaraq Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın müdafiənin ön xəttindəki mövqeləri iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutub

Dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin müxtəlif mühəndis qurğuları və atəş nöqtələri məhv edilib.

Müdafiə Nazirliyi bildirib ki, erməni silahlı birləşmələrinin mövqelərimizi iriçaplı silahlardan atəşə tutmaqla Dağlıq Qarabağda cəbhənin başqa istiqamətində həyata keçirməyə cəhd etdiyi diversiyadan diqqəti yayındırmaq məqsədi güddüyü ehtimal olunur. Lakin bölmələrimizin sayıqlığı nəticəsində düşmənin aktivliyi əvvəlcədən aşkar olunub. Görülən tədbirlər nəticəsində itki verən düşmən geri çəkilməyə məcbur edilib.

RST