1988-1994-cü illərdə – Dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən Azərbaycan ərazilərində ümumilikdə, müxtəlif səpkili 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.

Ayrılıqda götürdükdə:

– sərnişin avtobuslarında törədilmiş terror aktları nəticəsində 68 nəfər həlak olmuş, 132 nəfər yaralanmışdır;

– sərnişin və yük qatarlarında törədilmiş terror aktları nəticəsində 74 nəfər həlak olmuş, 125 nəfər yaralanmışdır;

– Bakı metropolitenində törədilən terror aktları nəticəsində 27 nəfər həlak olmuş, 91 nəfər yaralanmışdır;

– hava nəqliyyatında törədilmiş terror aktları nəticəsində 104 nəfər həlak olmuşdur;

– yaşayış məntəqələrində və mülki obyektlərdə törədilmiş terror aktları nəticəsində 881 nəfər həlak olmuş, 1239 nəfər yaralanmışdır;

– mülki və dövlət obyektlərinə qarşı törədilmiş terror aktları nəticəsində 10 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır;

– sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.

Elçin Əhmədovun Facebook səhifəsindən götürülüb

1905.az