1897-ci ildə İrəvan qəzasında 29006 nəfər yaşayırdı ki, bunların da 12523 nəfəri ermənilər, 12359 nəfəri isə azərbaycanlılar idi. 1897-ci ildə keçirilən Ümumrusiya əhalisinin siyahıya alınmasının nəticələrinə görə, şəhər əhalisinin 12 min nəfərdən çoxunu (49 faiz) azərbaycanlılar (tatarlar) təşkil edirdi. Lakin çoxillik etnik təmizləmələr, ermənilərin İran və Osmanlıdan köçürülməsi nəticəsində Ermənistan paytaxtı monoetnik əhalisi olan şəhərə çevrildi. 1959-cu ildə keçirilən siyahıyalamya görə, paytaxt əhalisinin 96 faizi, 1989-cu ildə isə 96,5 faizi ermənilər idi. Azərbaycanlılar İrəvan əhalisinin 0,1 faizini təşkil edirdi. İrəvan demoqrafiyasının zorakılıqla dəyişdirilməsi “Daşnaksütyun” partiyasından olan erməni millətçilərinin iştirakı ilə həyata keçirilirdi. Yerli müsəlmanları terrorizə edərək onlar İrəvan əhalisinin tərkibini ermənilərin xeyrinə dəyişdirə bildilər.

Etnik təmizləmələr nəticəsində yalnız İrəvan azərbaycanlıları qovulmadı, həm də İrəvandakı Azərbaycan məscidi məhv edildi. Bir çox imkanlı azərbaycanlılar öz mülkiyyətlərindən məhrum oldular və bunlar sonradan milliləşdirildi.

http://nowoselie.ru/

1905.az