Milliyyətcə erməni olan A.E. Xan-Aqov yazır: “Cavanşir qəzasının əhalisi başlıca olaraq tatarlardır (türklərdir), ermənilər bu rayona başqa yerlərdən gəlmişlər, İrandan gəlmə ermənilər, yerli Qarabağ ermənilərindən (xristian albanlardan) dilləri, hətta geyimləri ilə də fərqlənirlər. İran erməniləri yerli ermənilərin (albanların) dilini başa düşmürlər. Lakin, gəlmələr tezliklə yerlilərin dilini unutdurdular”. (Xan-Aqov A.E. – “Экономический быт государственных крестъян Джеванщирского уезда Елисаветполъcкого губернии. МИЭБГКЗК. Т.6, Тифлис, 1887г)

Yaxud, digər erməni N.S. Vartapetov yazır: – “Erməni katalikosluğu və naxararlığının mənafeyi hər dəfə tələb etdikdə, erməni kilsəsi həmişə yadelli işğalçıların köməyinə əl atır, “Xaç bayrağı ilə öz yolu üzərində tarixi Albaniya və onun bir hissəsi olan Qarabağ (Artsax) xalqlarını” yox edirdi. Ermənilər Qafqazda ardıcıl olaraq yerləşdirilirdi.

1877-1879-ci illər Rus-Türk müharibəsi zamanı buraya əlavə 85 min erməni köçürüldü və N.N. Şavrovun yazdığı kimi ermənilərin sayı bir milyon 300 min nəfərə çatdırıldı. Etnoqraf alimlərin fikrincə etnos-qəbilə, tayfa, xalq, millət məskun olub formalaşdığı ərazinin təbii-coğrafi şəraitinə uyğun etnososial təbəqələr yaradır. Hər bir etnosun inkişafının mənbəyi onun mənəvi gücü, milli ruhu və daxili birlik qüvvəsidir. Mənəvi cəhətdən zəngin və bütöv etnoslar hərbi-siyasi cəhətdən zəngin və bütöv etnoslar hərbi-siyasi cəhətdən də qüvvətli olurlar. Bir neçə əsr rus-erməni zülmünə dözən Qarabağ əhalisi, Azərbaycan türkləri hələ də etnosdan tələb olunan xüsusiyyətlərini tam itirməmişlər. Qarabağı azad etmək üçün bu etnosun həm də etnogenetik vücudunu saxlamış bir sərkərdəyə də ehtiyacı vardır. Birdəfəlik bilməliyik ki, etnosun mənəvi məğlubiyyəti, mənəvi xarakterinin korlanması onun tənəzzülü və süqutu deməkdir. Etnosun mənəviyyatının qorunması onun iqtisadi durumundan da vacibdir. Ruslar Azərbaycan türklərini bütün sahələrdə sıxışdırıb məhv etmək istəsələr də XX əsrin əvvəlinə burada mənəviyyat məsələləri hələ də bir çox ölkələrdən çox-çox üstün idi. Bunu ruslar ozləri etiraf etmişlər.

P.Vostrikov(Музыка и песня у азербайджанских татар. СМОМП. Тифлис, 1912, вып. 42. отдел II) yazır: “Azərbaycanlılar öz vətənlərini, tarixi keçmişlərini çox sevirlər. Onlar sözlərinə düz, diqqətli, həm də başqasının dərdinə qalandırlar”. Digər tərəfdən, Qarabağ, onun bütün bölgələri tarixən, həqiqətən də mədəni əyalətlərimizdən biri olmuşdur. N.V.Smirnovun dili ilə desək Qarabağ, onun Şuşa şəhəri “Balaca Paris”, Qafqazın İtaliyasıdır. Bütün bunlara baxmayaraq Rusiya hər vəchlə Azərbaycan türklərini yox etmək, burada xristian Ermənistan yaratmaq iddiasından əl çəkməmiş və indi də bu niyyətdədirlər. Milliyətcə fransız olan Edmond Hippo yazır: “Rusiya öz yeni qurbanlarının adlarını dəyişib, onlara “Qafqaz tatarları”, yaxud Qafqaz müsəlmanları” adını verdi. (“Edmond Hippo Azərbaycan haqqında” – Hamlet Qoca –“Fransızlar yurdum haqqında” – B., 1990-il). Ruslar erməniləri dünyanın müxtəlif yerlərindən Azərbaycana toplayaraq, onları silahlandırmış, təlimatlandırmış və yerli türk xalqının üstünə qıcatmışdır. Belə hadisələrin şahidi olmuş və əslən qarabağlı olan Əhməd Ağaoğlu söyləyir: “Möhtərəm Gəncə xalqı, türklərlə ermənilər arasında əmələ gələn son hadisə hamımızı mütəəssir etdi. Nə müsəlmanlıq, nə də insanlıq böylə vəhşətə yol verməz. Yer üzündə Allahın yaratdığı nə qədər vəhşi və yırtıcı heyvan varsa, onlar başqa heyvanları parçalarlar, amma həmcinslərinə əsla toxunmazlar. Nə acıdır ki, vəhşi heyvanların yapmadıqları- nı ermənilər yapırlar… tarixdə bu naxoş hadisəyə bənzər heç bir hadisə baş veməmışdır”. (N.Şeyxzamanlı –“Azərbaycan istiqlal mücadiləsi xatirələri”. B.,1997-il)

Ziyadxan Nəbibəyli “Xosrov bəy və Sultan bəy Sultanov qardaşları” (Bakı, Nurlar, 2011) kitabından

1905.az