Portrait photo of Nariman Narimanov taken in 1913

N.Nərimanov: “Bizə deyirlər: siz tamamilə mübahisəsiz əraziləri Azərbaycan üçün təmin edə bilmirsiniz, amma Şərqin azad edilməsindən dəm vurursunuz”.

27 iyun 1920-ci il

Hörmətli yoldaş Lenin, Çiçerin yoldaşın teleqramından görünür ki, Mərkəzin informasiyası birtərəflidir. Mərkəz bu gün də denikinçilərlə birgə Azərbaycanın sovet hakimiyyətinə qarşı fəaliyyət göstərənlərin təsirinə uyub. Əgər Mərkəz  Azərbaycanı qurban verərək, yalnız Bakını, nefti saxlamaq və şərq siyasətindən imtina etmək istəyirsə, qoy belə də etsin. Amma xəbərdarlıq edirəm: Bakını qonşuluğunda satqın daşnakların və gürcü menşeviklərinin olduğu bütöv Azərbaycansız özünüzdə saxlamağınız mümkün olmayacaq. Digər tərəfdən öyrənmək istərdim, Mərkəz bizə – müsəlman-kommunistlərə necə baxır və belə bir mühüm məsələni bizsiz necə həll edə bilər? Mərkəz bizə inamsız yanaşa bilər, amma axı Mərkəzin qərarı ilə Orconikidze və Mdivani kimi məsul işçilər də razı deyillər. Birbaşa deyirəm: Mərkəz Qarabağ haqqındakı qərarı ilə bizim əlimizdən təsir alətini aldı. “Müsəlman-kommunistlər Azərbaycanı Rusiyaya satdılar, o Rusiyaya ki, həm Ermənistan və Gürcüstanın müstəqilliyini tanıyır, həm də sovet hakimiyyəti qurulana kimi mübahisəsiz Azərbaycan vilayətlərini mübahisəli hesab edir”, sözlərini tez-tez təkrarlayan Müsavatın provokasiyasını gücləndirdi və əsaslandırdı. Yoldaş Çiçerin mərkəzə tabeçilikdən danışır, amma Mərkəz nəzərə alırmı ki, bizi şirma olmağa məcbur edir?   Əksinqilab yatırılıb, amma hələ nəfəs alır və yeni qüvvə ilə alovlanmağa hazırdır, çünki Mərkəz bizi o səviyyəyə çatdırıb ki, yaxın zamanlarda söz gücü ilə deyil, yalnız silah hesabına fəaliyyət göstərmək iqtidarında olacağıq. Vəziyyətimizin faciəviliyi də bundadır. Bir ay öncə, müsavatçıların provokasiyalarını dağıtmaq imkanımız vardısa, indi bu imkandan məhrumuq. Bizə deyirlər: siz tamamilə mübahisəsiz əraziləri Azərbaycan üçün təmin edə bilmirsiniz, amma Şərqin azad edilməsindən dəm vurursunuz. Biz MK-nın qərarlarına sözsüz tabe oluruq, amma eyni zamanda bəyan edirik: kütlə arasında təsirimizi itiririk. Yüksək nüfuzumuzdan yararlanırdıq və  hər iki respublikanın birləşdirilməsi sahəsində bütün dekretləri maneəsiz həyata keçirə bilirdik, amma indi bu yalnız silah gücünə mümkündür. Bizim nümayəndəmiz yola düşür, buna görə də xahiş edirəm və yalvarıram ki, Azərbaycan haqqında Mərkəzin qərarlarını müvəqqəti olaraq dayandırasınız.

Nərimanov

http://www.genocide.ru

1905.az