İnformasiya müharibəsindən çox danışılır.

İnformasiya müharibəsinin ilk növbədə internetdə, çeşidli saytlar vasitəsilə aparıldığını xüsusi vurğulamağa ehtiyac varmı?

Və bu müharibədə diplomatik nümayəndəliklərimizin saytlarının, daha doğrusu bu saytlarda çalışan yetkililərin üzərinə böyük məsuliyyət düşür.

Biz səfirliklərimizin, konsulluqlarımızın saytlarının fəaliyyətini araşdrımaq qərarına gəldik. Özü də təkcə bizim diplomatik nümayəndəliklərin deyil, həm də ərazimizin 20 faizini işğal etmiş dövlətin “diplomatik” saytlarını.

Birinci yazı

KİM YATMIŞ, KİM OYAQ?

İlk olaraq 14 yanvar 1992-ci ildə Türkiyə ilə diplomatik əlaqələr qurmuş Azərbaycan Respublikasının hal-hazırda xarici ölkələrdə ümumilikdə 79 səfirliyi, daimi nümayəndəlik və konsulluğu fəaliyyət göstərir. Bəzi ölkələrdə səfirliklə yanaşı, konsulluqlarımız da var. Məsələn, Rusiyada və Türkiyədə Baş Konsulluqlarımız fəaliyyətdədir. Yaxın ölkələrlə yanaşı, Azərbaycan Respublikasının diplomatik xidmət siyahısına Cənubi Afrika Respublikası, İndoneziya və Çin kimi ölkələr də daxildir.

Diplomatik nümayəndəliklərimiz dünyanın bütün qitələrində fəaliyyət göstərir.  Bəs onların saytları necə işləyir?

Araşdırma göstərib ki, Azərbaycanın xarici  ölkələrdə 79 diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsinə baxmayaraq, onlardan yalnız 60-nın internet saytı var. Lakin hətta bu internet resurslarının da imkanlarından kifayət qədər istifadə olunmur. Səfirliklərin rəsmi internet saytlarında xəbərlərin son yenilənmə tarixi isə müasir dünyanın informasiya siyasəti ilə ayaqlaşa bilmədiyimizin sübutudur.

Beləliklə aşağıda sizə diplomatik nümayəndəliklərin rəsmi saytlarının son yenilənmə tarixini əks etdirən cədvəl təqdim olunur:

Diplomatik Nümayəndəliklər Saytların son yenilənmə tarixi
AR-nın Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi

www.azembassy.us

16.04.2014
AR-nın Los Ancelesdəki  Fəxri Konsulu

www.azconsulatela.org

09.04.2014
AR-nın BMT yanında Daimi Nümayəndəliyi

www.un.int/azerbaijan/

26.01.2014
AR-nın Almaniyadakı Səfirliyi

www.azembassy.de

06.12.2013
AR-nın Ştuttqartdakı Fəxri Konsulu

www.stuttgart-aserbaidschan.de

Göstərilməmişdir
AR-nın Argentinadakı Səfirliyi

www.azembassy.org.ar

11.04.2014
AR-nın Avstraliyadakı Səfirliyi

www.azembassy.au

11.04.2014
AR-nın Avstriyadakı Səfirliyi

www.azembassy.at

08.04.2014
AR-nın Belarusdakı Səfirliyi

www.azembassy.by/ru/main

Göstərilməmişdir
AR-nın Belçikadakı Səfirliyi

www.azembassy.be

01.04.2014
AR-nın NATO yanında Nümayəndəliyi

www.aznatomission.be

11.04.2014
AR-nın Bİrləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi

www.azembassy.ae

18.03.2014
AR-nın Dubaydakı Baş Konsulluğu

www.azconsulatedubai.ae

22.03.2014
AR-nın Bolqarıstandakı Səfirliyi

www.azembassy.bg

13.04.2014
AR-nın Böyük Britaniyadakı Səfirliyi

www.azembassy.org.uk

 

09.04.2014
AR-nın Cənubi Afrika Respublikasındakı Səfirliyi

www.azembassy.org.za

25.02.2014
AR-nın Çexiyadakı Səfirliyi

www.azembassy.cz

 

18.03.2014
AR-nın Çindəki Səfirliyi

www.azerbembassy.org.cn

2009
AR-nın Estoniyadakı Səfirliyi

www.azembassy.ee

10.01.2014
AR-nın Fransadakı Səfirliyi

www.azembassy.fr

02.04.2014
AR-nın Avropa Şurası yanında Daimi Nümayəndəliyi

www.azmissioncoe.org

2012
AR-nın Gürcüstandakı Səfirliyi

www.azembassy.ge

Sayt üzərində iş aparılır
AR-nın Batumidəki Baş Konsulluğu

www.azgenconsulate.ge

31.03.2014
AR-nın Hindistandakı Səfirliyi

www.azembassy.in

04.04.2014
AR-nın Xorvatiyadakı Səfirliyi

www.azerbaijan-embassy.hr

24.03.2014
AR-nın İndoneziyadakı Səfirliyi

www.azembassy.or.id

04.11.2010
AR-nın İordaniyadakı Səfirliyi

www.azembassyjo.org

04.04.2014
AR-nın İrandakı Səfirliyi

www.azembassy.ir

16.04.2014
AR-nın İspaniya və Andorradakı Səfirliyi

www.azembassy.es

31.03.2014
AR-nın İsveçdəki Səfirliyi

www.azembassy.se

Göstərilməmişdir
AR-nın İsveçrədəki Səfirliyi

www.azembassy.ch

02.04.2014
AR-nın Cenevrə şəhərindəki BMT bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyi

www.un.int/azerbaijan/

Göstərilməmişdir
AR-nın İtaliyadakı Səfirliyi

www.azembassy.it

14.04.2014
AR-nın Kanadadakı Səfirliyi

www.azembassy.ca

02.04.2014
AR-nın Cənubi Koreyadakı Səfirliyi

www.azembassy.co.kr

11.04.2014
AR-nın Küveytdəki Səfirliyi

www.azerembassy-kuwait.org

07.02.2012
AR-nın Qazaxıstandakı Səfirliyi

www.azembassy.kz

Göstərilməmişdir
AR-nın Qətərdəki Səfirliyi

www.azembassy.qa

Göstərilməmişdir
AR-nın Aktaudakı Baş Konsulluğu

www.azconsulateaktau.kz

Göstərilməmişdir
AR-nın Latviyadakı Səfirliyi

www.azembassy.lv

02.04.2014
AR-nın Macarıstandakı Səfirliyi

www.azembassy.hu

Göstərilməmişdir
AR-nın Malayziyadakı Səfirliyi

www.azembassy.com.my

26.03.2014
AR-nın Meksikadakı Səfirliyi

www.azembassy.mx

04.04.2014
AR-nın Mərakeşdəki Səfirliyi

www.azembassy.ma

22.10.2010
AR-nın Misirdəki Səfirliyi

www.azembassy.org

13.04.2014
AR-nın Moldovadakı Səfirliyi

www.azembassy.md

11.04.2014
AR-nın Niderlanddakı Səfirliyi

www.azembassy.nl

25.03.2014
AR-nın Özbəkistandakı Səfirliyi

www.azembassy.uz

Göstərilməmişdir
AR-nın Pakistandakı Səfirliyi

www.azembassy-pakistan.com

20.01.2014
AR-nın Polşadakı Səfirliyi

www.azembassy.pl

İşləmir
AR-nın Rumıniyadakı Səfirliyi

www.azembassy.ro

08.11.2013
AR-nın Rusiyadakı Səfirliyi

www.azembassy.ru

31.03.2014
AR-nın Serbiyadakı Səfirliyi

www.azembassy.rs

11.04.2014
AR-nın Slovakiyadakı Fəxri Konsulu

www.azconsulate.sk

07.2013
AR-nın Türkiyədəki Səfirliyi

www.azembassy.org.tr

15.03.2014
AR-nın İstanbul Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında Daimi Nümayəndəliyi

www.azconsulateistanbul.org.tr

02.2014
AR-nın Türkmənistandakı Səfirliyi

www.azembassyashg.com

İşləmir
AR-nın Ukraynadakı Səfirliyi

www.azembassy.com.ua

16.04.2014
AR-nın Yaponiyadakı Səfirliyi

www.azembassy.jp

26.02.2014
AR-nın Yunanıstandakı Səfirliyi

www.azembassy.gr

08.05.2012

Beləliklə, İtaliya, ABŞ, Kanada, Fransa kimi ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin internet saytlarında məlumatlar demək olar ki, hər gün yeniləndiyi halda, Çin və  İndoneziyada son yenilənmə müvafiq olaraq 2009 və 2010-cu ildə həyata keçirilib. Qazaxıstan, Qətər və Özbəkistanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin saytlarında məlumatların yenilənmə tarixi ümumiyyətlə qeyd olunmur. Eyni zamanda, Türkmənistan və Gürcüstanda fəaliyyət göstərən nümayəndəliklərin saytlarına daxil olmaq mümkün deyil.  Üstəlik bunun səbəbləri barədə heç bir məlumat verilmir.

Başqa maraqlı  məqam Xarici İşlər Nazirliyinin həmin saytlardan məlumatının demək olar ki, olmamasıdır. Belə ki, nazirliyin rəsmi internet səhifəsində xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin internet saytlarının sayı 46 olduğu halda, araşdırmamız bu rəqəmin 60 olduğunu göstərib.

Beləliklə kiçik bir araşdırma informasiya müharibəsində indiyə qədərki məğlubiyyətimizin ciddi səbəblərindən birini açıq-aydın ortaya qoyur. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan 20 ildən artıqdır dünyada özünə qarşı ikili standartlardan şikayətçidir, bu standartları dəyişmək üçün üzərimizə düşən vəzifənin öhdəsindən sona qədər gəlməməyimizi də bir səbəb kimi qeyd etmək lazımdır.

Qeyd edək ki, material 16 aprel 2014-cu ilə olan məlumatlar əsasında hazırlanıb.

Türkan Manaflı

1905.az