ermenistan-1“Metsamor”dan beynəlxalq təşkilatlara şikayət olundu

Metsamor və Ermənistanın digər bölgələrindən olan bir qrup şəxs BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (MAQATE) məktub göndərib.

Bu barədə məlumat Ermənistan mətbuatında yer alıb.

Şikayətdə Metsamor AES-in istismar müddətinin bitdiyi, saxta sənədlər hazırlanaraq istismar vaxtının qeyri-qanuni uzadıldığı, eyni zamanda, seysmik zonada yerləşən stansiyanın çevrəsində 5 tektonik çat olduğu bildirilərək, zəlzələ baş verərsə, Cənubi Qafqazın əksər hissəsində həyatın məhv olacağı vurğulanıb.

Eyni zamanda, bölgə əhalisi çatların 34, 16 kilometr və 500 metrlikdə olduğunu qeyd edərək BMT-dən təcili tədbir görməyi xahiş edib.

Bildirilir ki, təhlükə səbəbindən öz daimi yaşayış yerlərini tərk etməyə məcbur olan Metsamor sakinləri İrəvana, Abovyana və başqa yerlərə köçürlər:

“Bütün bunlarla yanaşı, radiasiya təhlükəsini bilən AES-in mütəxəssisləri heç bir səbəb göstərilmədən işdən azad olunurlar. Bu faktordan isə İran bacarıqla istifadə edir. Belə ki, mütəxəssislər İranın dəvəti ilə həmin ölkəyə gedir və Buşer AES-də, həmçinin, sərhədə yaxın ərazilərdəki AES-lərdə işə düzəlirlər”.

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvandan təxminən 40 kilometr qərbdə (Metsamor şəhərində) yerləşən bu stansiyanın tikintisinə 1973-cü ildə başlanılıb, 1979-cu ildə isə istismara verilib. Beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymayan Ermənistan hökuməti təhlükəli AES-in istismarını hazırda da davam etdirir.

Tərcümə

BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə

Ermənistan Respublikası Armavir vilayətinin

Metsamor rayon sakinləri tərəfindən

Ərizə

Biz aşağıda imza edənlər, Metsamor sakinləri, bu ərizə ilə Sizə müraciət edirik ki, bölgədə hal-hazırda fəaliyyət göstərən və artıq radiasiya təhlükəsi mənbəyinə çevrilən “Metsamor” Atom Elektrik Stansiyası barədə təcili tədbir görəsiniz. Sizə məlum olduğu kimi AES seysmik ərazidə inşa olunmuşdur və stansiyanın ətrafında 5 tektonik çat əmələ gəlmişdir (34 km, 16 km və 500 metrlikdə). Həmçinin, stansiyada mütəmadi olaraq sızmalar baş verir və ətraf mühit radioaktiv tullantılarla çtrklənir. Bununla əlaqədar olaraq, AES-in yaxınlığında yaşamağın region əhalisi, eləcə də, bütün Ermənistan üçün təhlükəli olduğunu hesab edirik.

Bu səbəbdən Metsamorun sakinləri öz daimi yaşayış yerlərini tərk etməyə məcbur olur və Ermənistanın digər rayonlarına – İrəvana, Abovyana və başqa yerlərə köçürlər. Bütün bunlarla yanaşı, radiasiya təhlükəsini bilən AES-in mütəxəssisləri, heç bir səbəb göstərmədən işdən çıxırlar. Bu faktordan, qonşu ölkə bacarıqla istifadə edir. Belə ki, bizim mütəxəssislər İranın dəvəti ilə həmin ölkəyə gedir və Buşer AES-də, həmçinin, sərhədə yaxın ərazilərdəki AES-lərdə işə düzəlirlər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, problemin həllində bizə kömək etməyinizi və öz mənafelərini güdmək məqsədilə, bütün region üçün təhlükə yaradan Metsamor AES-i istismar etməyə çalışan Ermənistan rəhbərliyini məsuliyyətə dəvət etməyinizi xahiş edirik.

Metsamor sakinləri adından nümayəndə qrupu:

  1. Manvel Hayrapetyan Mnaçakani
  2. Rina Torosyan Razmiki
  3. Ara Bunyatyan Buniari
  4. Ovsanna Qevoqyan Vaçaqani
  5. Amalya Avetisyan Ardemi
  6. Hovik Avakyan Oniki
  7. Zenfira Avakyan Babkeni
  8. Lyusine Qevorkyan Arayi
  9. Aryev Sarkisyan Arturi
  10. Mher Petrosyan Andraniki
  11. Spartak Hovanisyan Patvaqani
  12. Payçar Ğazaryan Sanasari
  13. Ara Qevorqyan Mnaçaqani
  14. Gülnara Sımbatyan Qaruşi
  15. Melik Qarapetyan Sureni
  16. Arpenik Aslanyan Sarkisi
  17. Esfera Ğazaryan Artaşi
  18. Susanna Hovanisyan Qrikori
  19. Harutik Avetisyan Canbeki
  20. Robert Hovanisyan Spartaki
  21. Qarun Hakopyan Vrami

12 yanvar 2016-cı il.

Metsamor

Metsamor-2