1Erməni ictimaiyyəti Ermənistanın İŞİD-in hədəfi ola biləcəyindən narahatdır. Son zamanlar  Ermənistan gündəmində olan, lakin rəsmilərin inkar etdiyi – Suriyada İŞİD-ə qarşı döyüşən ermənilərin olması xəbəri öz təsdiqini tapdı. Belə ki, sosial şəbəkələrdə erməni yaraqlılarının Suriya əsgərləri ilə fotoşəkilləri yayılıb.

Fotoşəkillərdə silahlıların erməni və Suriya bayraqlarını nümayiş etdirməsinə və  maşınlarda Suriya bayraqları ilə döyüşə gedən ermənilərə yazılan rəylər sosial şəbəkə istifadəçilərinin bəzilərində maraq doğursa da, bir çoxunu təşvişə salıb. Belə ki, şərhçilərdən bəziləri onları alqışlayaraq erməni gənclərini Suriyaya gələrək Kassab ermənilərini müdafiə etməyə, İŞİD-ə qarşı birgə döyüşməyə çağırıb, bəzi şərhçilər isə erməni yaraqlılarını  qınayaraq İŞİD-i Ermənistana bəla etməməyə, orada nə işləri olduğunu soruşaraq geri gəlmələrini istəyiblər.

Rəylərdə Suriya vətəndaşları olan Zabel Qevorqi Torosyan, Ohanesi Kalbank Xetimyan, Qaraqin Bogaryan, Salim Sarqi Andraniki, Maniel Hovhanesi Keşişyan, Levon Avetis Ketencyan, Harutyun Krikuri Kicaryanın Suriyadan Ermənistana tez-tez səfər etdikləri bildirilir. Bu şəxslərin  maddi cəhətdən imkansız gənclərin Suriyada İŞİD-ə qarşı vuruşmağını təşkil edənlər olduğu bildirilir.

Ermənistan kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış bu xəbər, erməni müxalifətinin narahatçılığına səbən olub. Belə ki, onlar Suriyada İŞİD əleyhinə döyüşən silahlıların ölkəyə qayıdarlarsa potensial təhlükə mənbəyinə çevriləcəyindən ehtiyyat edirlər. Həmçinin, Lragir.am internet nəşrinin siyasi icmalçısı Hakob Badalyan rəsmi İrəvanı Ermənistanı İŞİD-in hədəfinə çevirilməsinin qarşısını almağa çağırıb.

Qeyd edək ki, Suriyada hökümət qüvvələrinin nəzarətində olan ərazilərdə hazırda 5 minə qədər erməni ailəsi yaşamaqda davam edir. İŞİD təhlükəsindən qaçıb Ermənistana sığınmaq istəyən Suriya erməniləri Dağlıq Qarabağda məskunlaşmaqdan narazıdırlar. Belə ki, onlar yenidən döyüş ərazisində yaşamaqdansa, Suriyada öz torpaqlarında yaşamağı üstün tuturlar.

2