RST-nin “Gündəlik-Gürcüstan”a istinadən verdiyi xəbərə görə, 14 iyulda Tbilisidə, Ağmaşenebeli prospektində “Gürcülərin marşı” adlı aksiya keçirilib. Aksiyanın iştirakçıları “Gürcüstana eşq olsun” şüarı ilə çıxış ediblər.
Aksiya iştirakçılarının tələbləri Gürcüstanda qanunsuz yaşayan xarici ölkə vətəndaşlarının deportasiyası, onların Gürcüstanda yaşamasına dair qaydaların sərtləşdirilməsi olub. Onlar həmçinin Gürcüstanda fəaliyyət göstərən və xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarına qarşı da etirazlarını bildiriblər. Onlar hakimiyyətə müvafiq qərarların qəbul edilməsi üçün bir həftə vaxt veriblər. Heç bir dəyişiklik edilmədiyi təqdirdə daha radikal formada aksiyaya davam edəcəklərini bildiriblər.