…XVII-XVIII əsrlərdə Rusiya imperiyasının cənuba, Qara dəniz və Qafqaza doğru aktiv irəliləməsi başladı. Rusiya ilə müharibələrdə Türkiyə bir sıra ciddi uğursuzluğa məruz qaldı və onun Qafqazdakı və qonşu bölgələrdəki təsiri zəiflədi.

ermenilerin gelisi

Öz dövlətçilikləri ilə əlaqədar çox geniş planlar cızan ermənilər bundan dərhal istifadə etdilər və qabaqcadan Rusiyanın dəstəyini qazanmağa çalışdılar. Eyni zamanda, özlərini “qəddar müsəlmanların” zülmü altında yaşayan əzabkeş xristianlar kimi qələmə verən ermənilər “xristian kartından” fəal surətdə istifadə edirdilər.

Əlbəttə, bu, həqiqətdən tamamilə uzaq olsa da, fakt faktlığında qalırdı: həm Rusiyada, həm də Qərbi Avropa ölkələrində ermənilərin çoxlu tərəfdarı, muzdlu vəkilləri peyda oldu. Onlar intensiv şəkildə ictimai rəyi və hakim dairələri ermənilərə tərəf döndərə bilirdilər. Ermənilərin Rusiya – Türkiyə müharibələrinə Rusiya tərəfində ilk açıq müdaxiləsi ilə 1828-ci ildə, erməni mənşəli Loris – Məlikovun başçılığı ilə rus ordusunun Anadolunu işğal etdiyi zaman baş vermişdi. “Məhz bu hadisələr vaxtı Türkiyənin erməni əhalisi ilk dəfə olaraq Rusiya ordusunu – Eçmiədzin katolikosu tərəfindən fanatizm həddinə çatdırılmış və Türkiyənin erməni əhalisini qiyama çağırmaqla müsəlmanları terror etmək üçün hazırlanmış və Irəvanda könüllülərdən toplanmış ordusunu dəstəklədi”.

O vaxtdan bəri hər növbəti Rusiya – Türkiyə kampaniyası zamanı hadisələr eyni sxem üzrə inkişaf edirdi: “… Rusiya ordusu əmin idi ki, Türkiyə ərazisinə və türk ordusunu əldən salan və onu arxadan dağıtmağa çalışan qiyamçılardan silahlı terror dəstələrinə bel bağlaya bilər”. Yeri gəlmişkən, Rusiyanın ermənilərə rəğbətinin kökləri daha dərindədir. Hələ Potyomkin ermənilərə müəyyən rəğbətlə yanaşırdı. 1799-cu ildə Malta ordeninin qrossmeysteri olmaqla yanaşı həm də xristianların himayədarı adını qazanmış imperator I Pavel daha irəli getmişdi. Bundan istifadə edən ermənilər mənşəcə erməni olan arxiyepiskop Iosif Arqutinskinin vasitəsilə imperatora xahişlə müraciət etdilər ki, 1-ci cin liturgiyanı qəbul etməklə onları özünün himayəsi altına alsın. Belə ki, Ermənistanda dini mərasimləri yerinə yetirən ruhanilər pravoslav ümumrusiya imperatoru və onun ailəsi üçün dualar etməli idilər. Beləliklə, ermənilər bir növ pravoslav və deməli, həm də rus pravoslav kilsəsinin himayəsində hesab olunurdular. Həqiqətdə isə ermənilərin etiqad etdiyi din pravoslavlıq nöqteyi-nəzərincə monofizit məzhəbli bidətçilikdir. Bu yanlışlıq 1891-ci ilə qədər davam etdi.

Erməni keşişi Ter-Voskanovun məhkəmə işinin gedişində saxtakarlıq aşkar edildi və məlum oldu ki, ermənilərin icra etdiyi ibadət zamanı çar üçün dualar oxunmur: Duaların oxunuşu zamanı birinci yerdə katolikos durur, ondan sonra qriqoryan xristianlar (yəni ermənilər), daha sonra bütün yerdə qalan xristianlarla yanaşı başqa dinə tapınanlar, bidətçilər və dinsizlər gəlir. Ibadət zamanı həmçinin erməni kilsəsini sıxışdıranlar və ya buna göz yumanlar lənətlənirdilər. Bəri başdan qeyd edək ki, 1903-cü ildə çar hökuməti tərəfindən erməni kilsəsinin əmlakının müsadirə olunması haqqında fərman veriləndə, katolikos tərəddüd etmədən Rusiyanın hakim çar ailəsini lənətlədi. Lakin bunlar XIX-XX əsrlərin ayrıcında baş verdi, buna qədər isə “olduqca təhlükəli bidətçiliklə bağlı olduqlarını gizlədərək və Rusiyanın xeyirxah münasibətinə arxalanaraq, ermənilər Türkiyədən buraya üz tutdular, yerlərində möhkəmlənib varlanmağa başladılar… Fağırlar tezliklə qəddini düzəldib qaraqəlbli olduqlarını göstərdilər. Onların burada, demək olar ki, tamamilə müstəqil “Eçmiədzin” mədəni mərkəzi, özlərinin dini və dünyəvi rəhbəri – katolikosu var idi və tezliklə vəsait də əldə edərək və yüzillik boyu möhkəmlənmiş dini-siyasi hakimiyyətə arxalanaraq dərhal erməni kütləsini, əlbəttə ki, milli maarifçilik yoluna yönəltdilər. Təbii ki, Türkiyədən buraya daha çox üz tutmağa başladılar…”

Ermənilərin Cənubi Qafqaz ərazisini, ilk növbədə azərbaycanlıların torpaqlarını məngirləməsi əsrlər boyu “dalğalarla” baş verirdi və Türkiyə ilə Iran hakim dairələrinin bu dövlətlərin ərazisində yaşayan ermənilərlə münasibətləri kəskinləşəndə maksimum həddinə çatırdı. Bunlar çox vaxt Rusiya – Türkiyə müharibələri ilə üst-üstə düşürdü: hər belə müharibədən sonra, bir qayda olaraq, Cənubi Qafqaza Türkiyə və Iran ermənilərinin növbəti köçü baş verirdi. Bu proses müvafiq tarixi ədəbiyyatda kifayət qədər işıqlandırılmışdır və bunun üzərində dayanmağı müəllif nəzərdə tutmamışdı. Lakin XIX əsrin sonunda Cənubi Qafqazdakı mövcud şəraitin xüsusiyyətlərini anlamaq üçün bir neçə fakta diqqət yetirməliyik. Bu və ya digər səbəblər üzündən məcburiyyət qarşısında (və yaxud onlara sərfəli olduğundan) ermənilərin Cənubi Qafqaza köçməsi faktı, ola bilsin ki, özlüyündə bu qədər neqativ nəticəyə gətirib çıxarmazdı, əgər proses əvvəlcə yerli əhalinin sıxışdırılıb çıxarılması, sonra da tarixi faktların həyasızcasına saxtalaşdırılması və əsassız ərazi iddiaları ilə müşayiət olunmasıdır.

Yəqin ki, ən bariz və əyani misal Qarabağın dağlıq hissəsidir. Bu ərazidə artıq XVIII əsrin ortalarından XIX əsrin əvvəllərinə kimi əsas əhalisi azərbaycanlılar olan güclü Qarabağ xanlığı mövcud idi. Yeri gəlmişkən, əgər əsrlərin dərinliklərinə varsaq, Qarabağın erməni əhalisi heç əslində erməni də deyillər. I.Əliyevin fikrincə, “Qarabağ erməniləri qriqorianlaşmış və erməniləşmişlər”, onlar qədim albanların xələfləridirlər. Qarabağın azərbaycanlı əhalisinin sayca ermənilərdən üstün olması barəsində çoxlu tarixi sübutlar və sənədlər vardır. 1810-cu ilin rəsmi məlumatlarına görə, “Qarabağ mülkündə” 12 minədək ailə yaşayırdı, onlardan cəmisi 2500 erməni ailəsi idi. Erməni müəllifləri bunlardan xəbərdar idilər. Belə ki, B.Işxanyan yazırdı: “Dağlıq Qarabağda yaşayan ermənilər qismən yerlidirlər, qədim albanların nəsilləridirlər, qismən isə Türkiyə və Iranda olan qaçqınlardır (kursiv bizimdir – B.N.) ki, onlar üçün Azərbaycan torpağı təqib və zülmlərdən sığınacaq yeri olmuşdur. Bu sətirlər 1916-cı ildə yazılmışdır, lakin təəssüf ki, erməni tarixçiləri tamamilə tarixi faktları unutmuş, onları müxtəlif uydurmalarla əvəz etməkdə, saxtalaşdırmaqda ustalaşmışlar. Türkmənçay müqaviləsinə (1828) görə Qarabağ Rusiyaya birləşdiriləndə, bura sırf azərbaycanlı (müsəlman) mülkü idi.

Bu illərdə tərtib olunmuş “Qarabağ əyalətinin təsviri”ndə göstərilir ki, həmin vaxt Qarabağda 90 min əhali yaşayırdı, bir şəhər (Şuşa) mövcud idi və 600- dən çox kəndin yalnız təqribən 150-si erməni kəndi idi. Şuşanın özündə o vaxt 1048 azərbaycanlı ailəsi və 474 erməni ailəsi yaşayırdı. Kənd yerlərində isə bu nisbət müvafiq olaraq 12902 və 4331 təşkil edirdi. Rusiya – Türkiyə və Rusiya – Iran müharibələri başa çatdıqdan sonra XIX əsrin 20-30-cu illərində, əsasən, Cənubi Azərbaycandan on minlərlə erməni Cənubi Qafqaza köçmüş və əksərən Qarabağda məskunlaşmışlar. Onların dəqiq sayı məlum deyildir – təxminən 130-200 min nəfər arasında. Sonralar da bu əraziyə ermənilər köçmüŞlər. Belə ki, N.Şavrov bu barədə yazır: “Yalançı şahidlikdən geniş istifadə edən ermənilər torpaqsız ola-ola burada xəzinə torpaqlarının böyük hissəsini ələ keçirmişlər.

Onun “Zaqafqaziyada ruslar üçün yeni təhlükə. Muğanın yadlara satılacağı ehtimalı” kitabından daha müfəssəl sitata diqqət yetirin (burada söhbət təkcə Qarabağdan deyil, ümumiyyətlə ermənilərin Cənubi Qafqaza köçməsindən gedir). “…1826-1828-ci illər müharibəsi başa çatdıqdan sonra 1828-ci ildən 1830-cu ilədək onlar iki il ərzində biz (çar hökuməti nəzərdə tutulur – B.N.) Cənubi Qafqaza 40 mindən artıq Iran və 84 mindən artıq Türkiyə ermənilərini köçürdərək, onları əhalisinin olduqca cüzi hissəsinin erməni olduğu Yelizavetpol və Erivan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında, həmçinin Tiflis quberniyasının Borçalı, Axalsik və Axalkalaki qəzalarında yerləşdirdik. Onların yerbəyer olunması üçün 200 000 desyatin xəzinə torpaqları ayrılmış və 2 000 000 rubldan artıq məbləğə müsəlmanlardan özəl torpaqlar satın alınmışdı. Yelizavetpol quberniyasının dağlıq hissəsi və Göyçə qolunun sahilləri bu ermənilərlə məskunlaşmışdı. Nəzərə almaq lazımdır ki, rəsmi 124 000 ermənidən əlavə buraya həm də xeyli qeyri-rəsmi köçənlər olmuşlar və ümumilikdə onların sayı 200 000 çoxdur. Krım kompaniyasından sonra da dəqiq qeydiyyatdan keçmədən buraya ermənilər köçmüşlər. Müvəffəqiyyətlə başa vurduğumuz 1877-1879-cu illər Türkiyə müharibəsi bizi kiçik Asiyadan olan yeni köçkün axını ilə töhfələndirirdi: Qars vilayətində 50 000 qədər erməni və 40 000 qədər yunan köçdü… Bundan əlavə, general Ter-Qukasov bizə – Sürməli qəzasına 35 000 araba ilə Türkiyə ermənisini köçürür ki, onlar da burada qalacaqlar. Bundan sonra kiçik Asiyadan tək-tək və ailəliklə erməni axınının ardı kəsilmir. Ermənilərin yeni, daha böyük axını 1893-1896-cı illər arasında, Türkiyədəki erməni iğtişaşları zamanı baş verdi. 1897-ci ildə, diyara yeni təyin olunmuş canişin knyaz Qolitsının gəlişi ərəfəsində gəlmə ermənilər artıq 1896-cı ildə olduğu qədər 10000 deyil, 90 000 çatırdı. Onların buradan çıxarılması haqqında knyaz Qolitsının apardığı danışıqlar nəticə vermədi – türklər onları qəbul etmədilər, Xarici Işlər Nazirliyi isə kifayət qədər təkidli deyildi. Nəticədə, ermənilərə elan olundu ki, Rusiya vətandaşlığını qəbul etməyənlər zor gücünə buradan çıxarılacaqlar. Əlbəttə ki, hamı vətəndaşlığı qəbul etdi və erməni əhalisi içində əridi. O dövr ermənilərinin ardıcılları da oldu – o vaxtdan bəri kiçik Asiyadan axın davam etməkdədir və hazırda təkcə Qars vilayətində xəzinə torpaqları almağa can atan 35 000-ə yaxın erməni ailəsi mövcuddur”. Müəllifin təxmini hesablamasına görə, ümumilikdə Cənubi Qafqaza, əsasən, azərbaycanlıların məskun olduğu yerlərə təkcə 1897-ci ilədək 2 milyona yaxın erməni köçmüşdür. Sonradan bu proses fəal surətdə davam etmiŞdir -Türkiyədən və Irandan ermənilərin Cənubi Qafqaza köçməsi daimi hadisəyə çevrilmişdi.

Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisinin nisbəti haqqında inandırıcı məlumatlara M.A.Skibitskinin “Qafqazda yay və qıŞ dövlət otlaqlarının təŞkili və maldarlığın öyrənilməsi üçün materiallar” (Tiflis, 1899) kitabında rast gəlinir. Kitabda Dağlıq Qarabağda əhalinin yerləşməsini əks etdirən müfəssəl xəritə də əlavə olunmuŞdu (qəzalar, kəndlər – “tüstülər üzrə, milli mənsubiyyətinə görə). Bu qiymətli xəritə Skibitskinin kitabının yalnız Bakı nüsxəsində qorunub saxlanmışdır, Moskvanın, Sankt-Peterburqun, Tbilisinin (daha Yerevanı demirik) kitab saxlanılan yerlərindən isə müəmmalı şəkildə itmişdir. Beləliklə, Skibitskinin xəritəsindən təkzibolunmaz məlumat əldə edirik ki, Qarabağın dağlıq hissəsinin azərbaycanlı əhalisi XX əsrin əvvəlində 72,6% təşkil edirdi və erməni əhalisinə nisbətdə 4:1 idi. Gəlmə ermənilərin Dağlıq Qarabağda daha intensiv məskunlaşması faktı onunla izah olunur ki, orada “artıq əsrlər boyu onların dindaşları – Kürlə Araz çayları arasındakı alban əhalisinin erməniləşmiş nəsilləri yaşayırdı”. Tanınmış erməni mədəniyyət xadimləri, siyasətçilər dəfələrlə qeyd etmişlər ki, təbii mövqeyinə və tarixən formalaşmış iqtisadi – mədəni əlaqələrinə görə Dağlıq Qarabağ Ermənistanda deyil, məhz Azərbaycana aiddir.

Belə ki, Marietta Şaginyan 1927-ci ildə yazırdı: “Bu ərazi coğrafi və iqtisadi cəhətdən daha çox Azərbaycana yaxındır. Buranın əsrarəngiz meşə yaylaqları, çayları, oraya can atır, çaylar boyu kəndlər də, insanlar da öz iqtisadi maraqları ilə birlikdə oraya üz tuturlar: alış-veriş və mübadilə edir, uyğunlaŞır, tələbata cavab verir, məişət xüsusiyyətlərini əxz edir, ümumi məqsədlərlə bir-birinə bağlanırlar”. Azərbaycana hüsn-rəğbətdən tamamilə uzaq olan tanınmıŞ partiya xadimi Levon Mirzoyan yazırdı: “Öz-özlüyündə Qarabağ məsələsi yoxdur. Erməni kəndlisi deyir ki, Bakı və Ağdamla sıx dostluq etmədən yaşaya bilmir və ona yalnız düzən hissəyə gedən yolun təhlükəsizliyi və mədəni cəhətdən inkişaf etmək imkanı lazımdır”.

B.Nəcəfov “Düşmənin iç üzü ( XlX-əsrin sonu – XX-əsrin əvvəllərində Türkiyə və Cənubi Qafqazda erməni terrorizminin tarixi)”  I hissə. Bakı, Çaşioğlu, 2007 kitabından

1905.az