Ermənistan KİV-də qondarma “Dağlıq Qarabağ” respublikasının “Mədəniyyət Nazirliyi”-nin əməkdaşı, turizmin idarəolunması üzrə proqramın rəhbəri Artak Qriqoryanın sosial şəbəkə səhifəsində 2017-ci il ərzində qondarma respublikaya səfər edən tanınmış xarici ölkə vətəndaşları barədə hesabat xarakterli yayımladığı məqaləsi dərc olunmuşdur.

Belə ki, Artak Qriqoryan öz hesabatında Türkiyə, Polşa, İran və Almaniya vətəndaşları olan iş adamlarının, həmçinin tanınmış şəxslərin Qarabağa səfər etdiklərini və bununla qondarma respublikanın inkişafina töhvə verdiklərini bildirmişdir.

Hesabatdan bəhz edən bu məqalədə adları qeyd olunmuş şəxslərin, işğal edilmiş ərazilərimizdə “fəxri qonaqlar” kimi qarşılanan türk əsilli Almaniya-Türkiyə vətəndaşı olan iş adamı Yalçın Kulaklıoğlu, Ender Kurt və onun atası Ömər Faruk Kurtun, bundan başqa Polşa vətəndaşı Rattman Paul Andrew, Almaniya vətəndaşları Jana Gopel, Peter Michael və Martin Hibsch, İran İslam Respublikası vətəndaşları Samir Khnaizer, Behrouz Taheri, Shahriar Shadkhah, Türkiyə vətəndaşları Serbur Korucu Mustafa, Murat Kayanın Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən keçməklə pozmaları Azərbaycan Respublikasının iradəsinə zidd olduğu açıq şəkildə görsənir.

Həmçinin tanınmamış Dağlıq Qarabağ Respublikasına səfər edən xarici vətəndaşlara Ermənistan rəsmi şəxsləri tərəfindən dəstək verilməsi Ermənistan hakimiyyətinin separatizmə dəstəyinin, dünya ictimaiyyətinin isə Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı ikili standartlarla yamaşmasının göstərici kimi hesab etmək olar.

Ordu.az