Qarabağ rejimi Ermənistandan gələn erməniləri təhqir edir.

Dağlıq Qarabağ ərazisinə daxil olan Ermənistan vətəndaşı rejimin polis qüvvələri tərəfindən işgəncələrə məruz qalıb.

Bu barədə İrəvana qayıdan erməni gənc qadın Yutub vasitəsilə Ermənistan ictimaiyyətinə, hüquq-mühafizə orqanlarına müraciətində deyib.

O bildirib ki, Qarabağda olarkən özünü polis adlandıran bir neçə şəxs ona yaxınlaşaraq şəxsiyyət vəsiqəsini tələb ediblər. Vəsiqəsini onlara verə bilməyəcəyini, hüquqlarının pozulduğunu bildirən qadın ən pis söyüşlərlə polislər tərəfindən təhqir olunub.

Növbəti gün gecə saatlarında polis olduqlarını bildirən bir neçə nəfər qadının mənzilində axtarış aparıb. Heç bir şey tapa bilmədikdə isə onu və rəfiqəsini məcburi polis bölməsinə aparıblar.

Bölmədə bütün sənədləri alınan qadınlar xarici pasportlarında Azərbaycan möhürünün olub-olmaması, Qarabağda yaşamalarının səbəbləri və narkotik maddə istifadə edib-etmədikləri ilə bağlı sorğuya çəkiliblər.

Qadın Ermənistan vətəndaşı olduğunu, valideynlərinin orada yaşadığını, gecə gəzməyə hüququnun olduğunu, vəkil tələb etdiyini və valideynlərinə xəbər verməsi üçün telefonunun qaytarılmasını tələb etsə də, ona məhəl qoyulmayıb.

Qadın narkotik maddə istifadə etdiyi sübut olunmadığı təqdirdə onları məhkəməyə verəcəyini bildirib.

Bölmənin müstəntiqi onu ağır söyüşlərlə təhqir etdikdə otaqdan çıxmağa çalışan qadın zorakılığa məruz qalıb.

“Burada məsələ başqadır, sən küçədə siqaret çəkdiyinə, saçlarını göy rəngə boyadığına görə qonşuların şikayəti əsasında saxlanılmısan. Casus ola bilərdin”, – deyə Con adlı başqa bir müstəntiq bildirib.

Eşitdiklərindən şoka düşən A. Xaçaturyan artıq cəsus olmadığının bilindiyini, saçlarının rəngi, siqaret çəkmək vərdişinin sərbəst oluğunu, buna hüququnun çatdığını bildirsədə ona, hüquqlarını Ermənistanda tələb edərsən deyərək səhərə qədər Qarabağdan getməyə vaxt qoyublar.

İrəvana qayıdan A. Xaçaturyan hüquqlarının kobud şəkildə pozulduğu, şəxsiyyətinin alçaldığı, söyüş və işgəncələrlə təhqirlərə məruz qaldığı barədə Ermənistan hüquq mühafizə orqanlarına müraciət edib. Lakin, müraciətdən qısa vaxt sonra, şəhər 6-cı polis bölməsindən David adlı müstəntiq ona zəng edərək, polis bölməsinə gəlməsini xahiş edib. A. Xaçaturyan polis bölməsinə getməsi üçün rəsmi göndəriş tələb etdikdə isə, qadına rəsmi sənədə ehtiyac olmadığını, problem həssas məsələlərlə bağlı olduğundan ictimailəşməsinin yaxşı olmayacağını bildiblər.

Qeyd edək ki, “Qarabağ klanı” Ermənistan ictimaiyyətində açıq nifrət yaratdığına görə buradan Qarabağa gədən ermənilərin ayrı-seçkiliyə məruz qalmaları, təhqir olunmaları, hətta işgəncə ilə öldürülmələri barədə məlumatlara Ermənistan mətbuatında tez-tez rast gəlinir.