Movses AkopyanErmənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəis müavininin yaralandığı və gizli şəkildə İrəvanda mülki xəstəxanada müalicə alır

Ermənistan silahlı qüvvələri tərəfindən cari ilin aprel ayının 2-dən başlayaraq işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında atəşkəsin yenidən pozulması nəticəsində Azərbaycan ordusunun cavabı çox sərt olmuşdur. Belə ki, yüzdən artıq canlı qüvvə və hərbi texnika baxımından itki verən Ermənistan ordusu geri çəkilməyə məcbur olmuş və bir neçə kənd və strateji yüksəklik Azərbaycan ordusu tərəfindən işğaldan azad edilmişdir.

Son günlər mətbuatda yayılan xəbərlərə görə, canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verən Ermənistan itkilərini hər vəchlə ictimaiyyətdən gizlətməyə çalışır.

Dağlıq Qarabağ separat ərazi olduğundan və tam hərbiləşdiyindən ermənilər orada baş verən bütün halları gizlətməyi yetərincə bacarırlar. Bu məsələlərin aydınlaşdırılması kütləvi informasiya vasitələri nümayəndələrinin və mülki şəxslərin imkanları xaricində olmasına baxmayaraq, sosial şəbəkələrdə istifadəçilər tərəfindən itkilər və digər hallar barədə ara-sıra məlumatlar sızmaqdadır. Belə ki, son günlərdə Dağlıq Qarabağda Cəbrayıl ərazisində 5-ci taborda xidmət etdiyini bildirən sosial şəbəkə istifadəçisi Karen Torosyan həmin ərazidə dislokasiya olunmuş qərargah məntəqəsinə atılan mərmi nəticəsində bir neçə yüksək rütbəli zabitlə yanaşı Cəbrayıldakı müdafiə rayonunun komandiri polkovnik Ararat Melkumyan və qərargahda olan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Movses Hakopyanın ağır yaralanması barədə yazı paylaşmışdı. Paylaşımdan məlum olur ki, Ermənistan rəhbərliyi faktı erməni ictimaiyyətindən və hərbi qulluqçulardan gizlətmək məqsədi ilə yaralı olan yüksək vəzifəli şəxsləri aprel ayının 4-də  İrəvana gətirmiş və orada “Çeryomuşki” massivində yerləşən Respublika Mərkəzi Xəstəxanasında əməliyyat etdirmişdir.

Qeyd edək ki, bu və ya buna bənzər onlarla faktları ictimaiyyətdən gizlətməyə çalışan Ermənistan rəhbərliyi bununla xalqın qınaq və qəzəbinə tuş gəlməkdən çəkinir, illərdir “güclü ordu” mifinin yalan olduğunu xalqına etiraf etməkdə aciz qalır.