Ermənistanda paytaxtında müxalifətin aksiyaları bu gün də davam edir.

Müxalifət lideri Nikol Paşinyan etirazçılar kolonnasına başçılıq edərək Baqramyan prospekti ilə baş nazirin qərargahına doğru hərəkət edirlər. Etirazçılar maneəsiz olaraq parlament binasının yanından keçərək baş nazirin iqamətgahının qapısına qədər gediblər. Nikol Paşayan burada binanın blokadasının başlandığını bəyan edib.

Qəribə olsa da, polis kordonu götürülüb. İqamətgahın qarşısında bir neçə polis var. Polisin əsas qüvvələri isə prospektə çıxan ikinci dərəcəli küçələrə yığılıb. Paşinyan çıxış etdiyi müddətdə əraziyə əlavə polis qüvvələri gətirilib.

Daha sonra nümayişçilər Proşyan küçəsinə qədər irəliləyib, oranı da bağlayıblar. Paşinyan burada aksiya iştirakçılarına müraciət edərək, bəyan edib ki, küçələrin qapadılması zamanı zibil yeşikləri və skamyalardan istifadə olunmasın.

O, etirazçılara üzünü tutaraq “Çıxarın maskaları, siz heç nədən qorxmamalısız” deyib.